Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, keçmişin kölgəsi, gələcəyin pıçıldayan səsidir.
Ranevskaya – keçmişin əsiridir; Lopaxin – yeni dünyanın praktiki nəbzidir; Trofimov – doğulacaq sabahın səsi; Firs – tarixdən düşüb qalan köhnə saat əqrəbidir; Varya – sakit düşüncənin simvoludur; Qayov və Yaşa isə, əslində, bu dünyanın müxtəlif qatlarını göstərən, hərəkətsiz, amma vacib fiqurlardır.
Çexov əsəri “komediya” adlandıranda, bizimlə ironik zarafat edir. Hə, komediya… amma kimin üçün? Əgər bu komediyadırsa, onda gülüşümüz niyə boğazımızda ilişir? Ortada nə qan var, nə ölüm, nə də böyük qışqırıq. Bu, sükut içindəki “gülməli faciə”dir, gülüş göz yaşının paltosunu geyinir, göz yaşı isə gülüşün maskasını taxır.
Əsərdə heç bir real qəhrəman yoxdur. Burada hər baxış bir xatirədir, hər səssizlik bir monoloqdur. Hər kəsin içində bir “albalı bağı” var - bir vaxt sevdiyi, amma geri dönə bilmədiyi bir yer. Çexov bu pyesdə həmin yerin qapısını açır, işıq salır və sonra sakitcə uzaqlaşır.
Bu əsərdə hadisə yoxdur, amma hər şey baş verir. Səsi uzaqdan gələn balta ilə burada ağac yox, keçmiş kəsilir. Çexovun ustalığı ondadır ki, o, bizi ağlatmadan kədərləndirir, danlamadan düşündürür, səssizcə içimizə toxunur. Hər səssizlik bir düşüncə, hər gülümsəmə bir faciə, hər addım bir zaman keçididir.
Oxucu əsərin sonunda yalnız qəhrəmanlarla deyil, öz itirilmiş bağlarıyla üz-üzə qalır. Çexov burada insanın ağrıyan tərəfini gülüşlə, gülən tərəfini ağrı ilə göstərir. Hər kəs var, amma heç kim yoxdur. Hər şey dəyişir, amma heç nə görünmür. Əslində Çexovun əsərinin tam olaraq məqsədi də budur: “boşluq içində çoxluq” ...
Müəllifin digər yazıları
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Samsun şəhərində keçirilən 8-ci Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatrın kollektivi festivalda görkəmli dramaturq Hüseyn Cavidin “A...
2001-ci ildə yaradılmış və 30 dil komitəsindən təxminən 300 mütəxəssisi birləşdirən EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi tərcümə vasitəsilə Avropa, Mərkəzi Asiya və Aralıq dənizi regionundan olan yeni pyeslərin ...
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...