TEATRO

TEATRO

sənət portalı

post-title

Kukla Teatrının Balaca qara balığı 

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Səməd Behrənginin “Balaca qara balıq” əsəri əsasında hazırlanmış “Qara balığın nağılı” adlı tamaşanın premyerası olacaq. Keçən il pandemiya səbəbindən təxirə salınmış premyera bu il oktyabr ayının 23-cü saat 18:00-da baş tutacaq. Həmidə Rüstəmovanın səhnələşdirməsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Namiq Ağayev, rəssamı İqbal Əliyevdir. Yeni səhnə əsərinin personajlarını Aygül Ağayeva, Cavid İbrahimov və Ramiz Qəmbərov canlandıracaq.

Tamaşada hadisələr Balaca qara balığın cəhalətə qarşı mübarizəsi ilə başlanır. Belə ki, onun yaşadığı mühitdə cəhalət hökm sürür. Ətrafdakı balıqlar heç nə ilə maraqlanmır, yeksənək həyat tərzi keçirirlər. Onların düşüncəsinə görə, həyat yalnız yeməkdən, yatmaqdan, arxda mənasız vaxt keçirməkdən ibarətdir. Lakin gənc nəsli simvolizə edən Balaca qara balıq belə həyat tərzi ilə barışmır. O, ətalət mühitini tərk etməyə özündə cəsarət taparaq, arxdan qaçmaq, böyük dünyaya qovuşmaq istəyir. Bu, onun arzuladığı geniş, azad dünyadır.

 

Load Time (S) : 0.004497