Avstriya Akademik Burq Teatrında “Kremator” tamaşasının premyerası olacaq. Premyera oktyabr ayının 13-ü yerli vaxtla saat 20:00-da baş tutacaq. Tamaşanın rejissoru Nikolaus Habjan, bəstəkarı Klaus von Heydenaber, səhnə tərtibatçısı Yakob Brossman, səhnələşdirmənin müəllifi Andreas Karlaganisdir. Səhnə əsərində əsas rolları Dorothee Hartinger, Sabine Haupt, Alexandra Henkel və Michael Maertens ifa edirlər.
Ladislav Fuksun 1967-ci ildə psixoloji qorxu janrında yazdığı “Kremator” romanının motivləri əsasında hazırlanmış tamaşa qrotesk üslubunda olması və qlobal mövzulara toxunması ilə fərqlənir.
Tamaşada hadisələr ailəsinə qarşı son dərəcə diqqətli ata və ər olan Karl Kopfrkinglın ətrafında cərəyan edir. Əsərin qəhrəmanı krematordur, yəni, meyitlərin yandırılması işi ilə məşğul olur. Karl Kopfrkingl tez-tez “krematoriya qanunu və onun faydaları”, “Tibet təbabəti və reinkarnasiya” haqqında kitablar oxuyan, həqiqətən də, cəmiyyətə faydalı iş gördüyünü düşünən bir ailə başçısıdır. Lakin bir gün dostu Reinkenin onlara qonaq gələrək, ari irqini qoruyan nasional sosialistlərin üsullarından söhbət açması - Kopfrkingli müxtəlif fikirlərə qərq edir. Hadisələrin sonrakı gedişatında isə, Kopfrkingl: “Siçovullar orta əsrlərdə vəba xəstəliyini Avropaya necə gətirdi? Xəstəliklərlə bağlı baş verən ölümlərin səbəbi bu qədər bəsitdirmi? Bəs, onun işi həqiqətənmi, cəmiyyəti xəstəliklərdən qorumağa yönəlib?” - kimi onu narahat edən bir çox suallara cavab axtarmaq üçün hərəkətə keçir...
Tərcümə edən: Cavanşir Qasımov
Müəllifin digər yazıları
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Özbəkistan Respublikasına beynəlxalq festivala yollanıb.
Bu barədə Teatrın Mətbuat Xidmətindən məlumat verilib.
Verilən məlumata görə teatr "Birinci B...
Gənc Tamaşaçılar Teatrının səhnəsində vətən müharibəsinə həsr edilən “Balaca kişilər” tamaşasının premyerası olacaq.
Bu barədə Teatrın Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, tamaşa, 27-28 may tari...
Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru Əliyar Əliyevlə müsahibə
– Əliyar bəy, bu yaxınlarda Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru vəzifəsinə təyin edildiniz. Teatrın kollektivi sizdə hansı təəssüra...
“İnklüziv” termini latıncadan “daxil edirəm” mənasını verən “include” sözündən götürülüb. Daha sonra həmin termin fransızlar tərəfindən dilimizə “özünə daxil edən&...
Avstriya Akademik Burq Teatrında “Kremator” tamaşasının premyerası olacaq. Premyera oktyabr ayının 13-ü yerli vaxtla saat 20:00-da baş tutacaq. Tamaşanın rejissoru Nikolaus Habjan, bəstəkarı Klaus von Heydenaber, səhnə tərtibat&ccedi...
Human Teatrının direktoru Şamil İbrahimov ilə müsahibə
Şamil İbrahimov kimdir… aktyor, rejissor, yoxsa teatr rəhbəri?
Şamil aktyordur. Teatrı idarə etsəm də bu, gerçəyi dəyişə bilməz. Əslində, fərq eləmir,...
1989-cu ildən bəri mütəmadi olaraq gənc dramaturqların festivalı kimi keçiriliən “Lyubimovka” builki proqramını açıq elan edib. Lyubimovka Teatr Festivalının rəsmi saytından aldığımız məlumata görə, açılşı S...
“Sankt-Peterburq Opera” Teatrının mətbuat xidmətindən verilən məlumata görə, 16-17 iyul tarixlərində Rusiyanın Xalq Artisti Yuri Aleksandrovun quruluşunda, Vinçenço Bellininin “Norma” operasının premyerası o...
Moskvada Çexov Festivalı çərçivəsində Fransız şirkəti “Paul en Seine” və baletmeyster Murad Merzukinin “Folia” tamaşası nümayiş olunub. “Folia” portuqal dilindən tərcümədə “dəli...
Bu il 6-17 iyul aralığında keçiriləcək 74-cü Kann Film Festivalının münsiflər heyətinin və müsabiqədə iştirak edəcək filmlərin siyahısı açıqlanıb. Spike Lee-nin başçılıq etdiyi həmin siyahıda bir çox tanınmı...