Preambula.
“Klinik A” teatr laboratoriyası ənənəvi teatr anlayışından köklü şəkildə fərqlənir. Bu, aktyorun, dramaturji materialın və ya rejissor dominantlığının əsas olduğu bir teatr deyil. Burada tamaşaçı psixoloji seansa gəlir və öz daxili dünyası ilə təmas qurur - travmalarından, dərinliklərdə gizlənib qalmış komplekslərindən və ruhi ağrılarından azad olmağa doğru gedir.
Bu prosesdə aktyor sənəti texnikası, xüsusən K.Stanislavski sistemi, eləcə də Z.Freydin psixoanaliz nəzəriyyəsi açar rolunu oynayır.
“Klinik A” üçün teatr tamaşa nümayiş etdirmək, dramaturji situasiyalarla və ya “heyrətləndirici aktyor oyunu” ilə tamaşaçını təsirləndirmək vasitəsi deyil.
Burada teatr özünütanıma alətidir.
Bundan sonra teatr “Loboratoriya”, tamaşaçı “pasiyent”, dramaturji və ya yazılı material pasiyentin öz hekayəsi – “epikriz”, teatr səhnəsi “palata”, rejissor isə “aparıcı həkim” deyə yazılacaq və qeyd ediləcək.
Bu məkanda pasiyent - gördüyü səhnə ilə empatiya quraraq katarsis yaşamır. O, 30–40 dəqiqə, bəzən isə bir saat ərzində “burada və indi” prinsipinə əsaslanaraq özünü araşdırır, daxilində baş verən prosesləri izləyir və özünü daha dərindən tanımağa başlayır. Bəzən isə seanslarda, sadəcə, bir saat susur və düşünür, sükutda özünə hesabat verir.
Əsas müddəalar.
Biz ənənəvi teatr deyilik.
Bizim laboratoriyamızda aktyor yoxdur.
Bizim laboratoriyamızda mətn yoxdur.
Bizim laboratoriyamızda ənənəvi rejissor, onun quruluşu, forma axtarışı, hökmü, diktaturası yoxdur.
Bizdə rejissor - aparıcı həkimdir.
Bu məkanda tamaşaçı yoxdur.
Bu məkanda pasiyent var.
Pasiyent buraya tamaşaya baxmağa yox, özünün içinə baxmağa gəlir.
Biz tamaşa göstərmirik.
Biz “rol” yaratmırıq.
Biz hekayə danışmırıq.
Biz təmas yaradırıq – “mənlə mənin təmasını”.
Bu teatrda dramaturji material hazır mətndən ibarət deyil.
Dramaturji material pasiyentin özüdür.
Onun yaddaşıdır.
Onun bədənidir.
Onun qorxuları, susqunluqları və səsləndirməyə ömür boyu çəkindiyi və qorxduğu suallarıdır.
Burada "dramaturji materiala" epikriz deyilir.
Epikriz yazılmır.
Epikriz oxunmur.
Epikriz - yaşanır.
Bu teatr empatiya doğurmaq üçün deyil.
Bu teatr tamaşaçı yerindən səhnədəki hadisəyə baxıb katarsis keçirmək üçün deyil.
Heç kimi heyrətləndirmək niyyətimiz yoxdur.
Burada pasiyent ağlamaya da bilər, gülməyə də bilər, seans boyu etiraf etməyib susa da bilər.
Heç nə baş verməyə də bilər. Heç nə baş verməməsinin özü də bir aktdır, əsil "mənin tapılmasıdır."
- Mən bu gün susdum və içimə, öz yaşantılarıma enə bilmədim - demək ki, hələ əngəllər var və onları aşmalıyam.
Bu da prosesdir.
“Klinik A” üçün teatr - özünütanıma vasitəsidir.
Bədən diqqət və hərəkət üzərindən "öz məninlə" dürüst dialoqdur.
Biz aktyor sənətinin texnikalarını inkar etmir, hətta bu texnikalardan bizə lazım olan elementləri götürüb seanslarda pasiyentlərin üzərində tətbiq edirik.
Xüsusən K.Stanislavski sistemini, M.Çexovun "Nurlanmış aktyora doğru" təlimini. Bunları ifadəlilik və "aktyor oyunu" üçün yox - dərk üçün istifadə edirik.
Biz Z.Freydin psixoanalizini “müalicə” kimi yox, şüurun açarı kimi qəbul edirik.
Burada pasiyent özgə tale ilə empati qurmur. Özü özünə baxıb özünü tanıyır.
O, “burada və indi” öz taleyinə baxır.
Seans 60 dəqiqədən artıq olmamalıdır.
Bir diqqət obyekti: “Mən öz şüuaraltıma çöküb qalmış yaşantılarımda kiməm?"
Bu teatrda səhnə, parter (tamaşaçı zalı) və ən əsası - ənənəvi “teatr binası” anlayışı yoxdur. Seans (“tamaşa”) sakitlik, qaranlıq və səssizlik olan hər bir məkanda baş verə bilər. Qaranlıq və bir az işıq közərtisi - özün özünlə tək qalmaq üçün. Yetər ki, iki və daha artıq pasiyent olsun.
Bu lobaratoriya (“teatr”) güzgüdür - əgər sən baxmağa yox, görməyə hazırsansa - qapı açıqdır.
P.S. Bu eksperimental teatr və psixologiya mərkəzi deyil.
Müəllif: Elşad Abdulla
Aktyor-rejissor
Müəllifin digər yazıları
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...