TEATRO

TEATRO

sənət portalı

post-title

Kirill Serebrennikov Qoqol Mərkəzindən getdi

Moskvanın Mədəniyyət Departamenti Rusiyanın aparıcı teatrlarından olan “Qoqol-Mərkəzi”nin bədii rəhbəri Kirill Serebrennikova onunla bağlanmış müqavilənin müddətinin 2021-ci ilin fevral ayından etibarən bitdiyini elan edib. 
Kirill Serebrennikov Almaniyanın deutschestheater.de saytına verdiyi müsahibəsində “Qoqol-Mərkəzi”ndəki vəzifəsindən uzaqlaşdığını təsdiqləyib:
“Mənə elə gəlir ki, səkkiz il yarım, özümüz haqqında düşünmək üçün yetərli zamandır. Bu səkkiz il yarım müddət ərzində, başa düşdüm ki, öz teatrını yaratmaq, hər hansı bir tamaşa qurmaqdan və ya film çəkməkdən, hətta böyük bir ev inşa etməkdən belə daha çətindir. Lakin ömrümü bu teatrın divarları arasında keçirdiyimə görə qətiyyən peşman deyiləm. Bu illər ərzində dünyanın ən maraqlı ansambllarını bir araya gətirib, bacardığım qədər hər kəsin inkişaf etməsinə şərait yaratdım. Çoxlu istedadlı insanlarla görüşmək şərəfinə nail oldum. Bu illər ərzində altmış premyera və otuz beş qastrol səfəri keçirdik. Ən əsası isə, sadiq tamaşaçılarımızdan hər zaman məmnun olduq. Ümid edirəm ki, onlar da bizdən razı qaldılar. Bu səkkiz il ərzində mənə yalnızlığı unutdurduğunuz və həyatı daha çox sevdirdiyiniz üçün, cənab Kapkova və hər kəsə minnətdaram”.
Rusiya Teatr Tənqidçiləri Assosiasiyası Moskva Mədəniyyət Deportamentinin başçısına K.Serebrennikovun “Qoqol-Mərkəzi”nin bədii rəhbəri vəzifəsində saxlanılması xahişi ilə müraciət etsə də heç bir nəticə hasil olmayıb.
Qeyd edək ki, Kirill Serebrennikov 2012-ci ilin avqust ayından etibarən, Moskvadakı “Qoqol-Mərkəzi”nin bədii rəhbəri kimi fəaliyyət göstərmişdir. Onun bu teatrda bədii rəhbər kimi ən məşhur rejissor işi 2020-ci ildə Berlin Teatrı ilə Moskva Teatrının əməkdaşlığı sayəsində ərsəyə gəlmiş,  XIV əsr italyan yazıçısı Covanni Bakkaççonun eyniadlı əsəri əsasında hazırlanan “Dekameron” tamaşası hesab edilir.

Tərcümə etdi: Cavanşir Qasımov

Load Time (S) : 0.000112