"Yoxsa"nı aktyor-rejissor Kamal Yaşar deyəcək.
1. Şərq, yoxsa Qərb? Günəşli bəşəriyyət.
2. Teatr, yoxsa kino? Kinoteatr.
3. Aktyor, yoxsa rejissor? Sənətkar.
4. Dublyaj, yoxsa senari? Senaridə dubllar.
5. Ayin, yoxsa oyun? Oyun ayini.
6. Din, yoxsa sənət? Buna ən gözəl cavabı böyük Tarkovski vermişdi: “din və sənət bir medalyonun iki üzü kimidir, olmazsa olmaz kimi”. Ona görə da balaca Kamal sussa yaxşıdı.
7. Məkkə, yoxsa Mədinə? Kərbəla.
8. Füzuli, yoxsa Nəsimi? Füzuli rindü-şeydadı, Nəsimi də ki heç də.
9. Fəülün, yoxsa məfaülün? Dəvənin harası düzdü ki?
10. Forma, yoxsa məzmun? Məzmun həmişə var olduğuna görə forma.
11. Məcid Məcidi, yoxsa Kşiştof Kieslevskiy? Məcidiylə şəxsən görüşmüşəm. Kieslovskiyləsə onun ölümündən sonra tanış oldum. Ölülər daha sirli olur.
12. Alim Qasımov, yoxsa Mohsen Namjoo? İkisi də orijinaldır. Ona görə də qalanı xatirədir.
13. Pikkaso, yoxsa Modelyani? Modelyani. Sonda dolu gözü tapdığına görə.
14. Caz, yoxsa muğam? Muğam. Ona görə ki, yoldur, ağrıdır, olar-olmazları var. Cazsa hələ cavandır. Müqayisədə cazı başında kepka, arxasında əzilmiş dəftər dərsdən qaçan bığ yeri yenicə tərləyən cavana oxşadıram. Özünə yığışmalıdı hələ bu avara.
15. Mövlanə, yoxsa Şəms Təbrizi? Mövlanəni Mövlanə edən Şəmsdir, amma yenə də Mövlanə.
16. Tərki-düyna, yoxsa əhli-dünya? Tərki-əhl.
17. Fokus, yoxsa Film fiction? Ölməz “Fokus”a sayğılarla “Film fiction”.
18. Mövzu, yoxsa ideya? İdeya. Ona görə ki, hədəf önəmlidir, niyyət vacibdir.
19. Rasionalizm, yoxsa irrasionalizm? Rasionalizm yaradıcılıqla tərs mütənasibdir. Ona görə də sehirli irrasionalizm.
20. #həryerədəbiyyat, yoxsa #həryerkərbala? #həryerinsan Ona görə ki, Kərbəlanın qayəsi ali insan idi. Elə dolayısıyla ədəbiyyatın da.
21. Gəncə yoxsa Bakı? Nətər ki, qadanalım?
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...