28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı ilə hazırlanmış "Kainatın sükutunu yaradan uşaqlar" tamaşası nümayiş olunub.
Tamaşanın nümayişində dövlət nümayəndələri, millət vəkilləri, incəsənət xadimləri və digər qonaqlar iştirak edib. Tamaşa başlamazdan əvvəl şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib. Azərbaycan İncəsənət Məktəbinin təsisçisi və layihə rəhbəri Fərid Bağırov çıxış edərək layihənin əhəmiyyətini və inklüziv uşaqlar üçün teatr tamaşalarının sosial və mədəni inkişaf baxımından dəyərini vurğulayıb. O, bu cür layihələrin yalnız sənət sahəsində deyil, həm də cəmiyyətin müxtəlif təbəqələrinə, xüsusilə də həssas qruplara olan münasibətlərin dəyişdirilməsinə böyük töhfə verdiyini qeyd edib. Həmçinin, bu təşəbbüsün genişləndirilməsi ilə əlaqədar gələcək planlardan danışıb.
“EMEDİA GROUP” Media Təşkilatının sədri Elşən Əliyev çıxış edərək layihənin cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, inklüziv teatr tamaşalarının, xüsusilə də həssas uşaqların iştirakı ilə həyata keçirilən belə layihələrin sosial şəbəkələrdə və ictimaiyyət arasında daha geniş tanıdılmasının vacibliyini qeyd edib.
Səhnə əsəri insanın daxili səssizliyə, səbirə və dinləmə mədəniyyətinə dönüşünü simvolik və poetik dillə əks etdirən dərin məzmunlu bədii kompozisiyadır. Qeyd edək ki, tamaşada həmçinin, Leyla Əliyevanın “Dünya yuxutək əriyir” adlı şeirlər toplusundan seçilmiş poetik parçalar nümayiş olunub.
Müəllifin digər yazıları
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir. 4-8 may 2026-cı il tarixinəd baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadla...
Füzuli Dövlət Dram Teatrının səhnəsində Mirzə Nicatın quruluşunda təqdim olunan “Tənhalığın evi” tamaşası, əslində, bir mətnin səhnə təcəssümündən daha artıq idi; bu, insanın öz daxilinə baxmağa məcbur edildiyi qa...
30 illik ayrılığın 30 dəqiqəsi
Xoreoqrafik sənədli tamaşa
Birinci hissə: Yeni tamaşa üçün ideya axtarışında.
Azərbaycanın Qarabağ regionunda 1988-ci ildən başlayan və 1994-cü ildə atəşk...
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində SABAH qruplarının “Aktyor sənəti” ixtisası üzrə IV kurs tələbələrinin diplom işi olan Uilyam Şekspir...
2 fevral - Azərbaycan Gəncləri Günü Akademik Milli Dram Teatrında qeyd olunub. Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov əlamətdar gün münasibətilə gəncləri təbrik edib. O, qeyd edib ki, ümummilli li...
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində dramaturgiya müsabiqəsi üçün Azərbaycan dilində pyeslərin qəbulu müdd...
Məhəmməd Əmin Rəsulzadə görkəmli dövlət xadimi olaraq siyasi-ictimai fəaliyyəti ilə yanaşı elmi, publisist, yazıçı, tərcüməçi, şair, dramaturq, jurnalist istedadı ilə də fərqlənmişdir.
...