Teatro.az sənət portalı türkiyəli köşə yazarı Nuray Büyükdağın T 24 internet qəzetində yayımlanan məqaləsini təqdim edir.
Bu ölkədə qədimdən bəri hər kəs sənəti də, sənətkarı da sevir! İstər uzaqdan, istər məclis kürsüsündən, istərsə də ən yüksək məqamlardan sənət və sənətkarlar hər zaman sevilir. Sənəti və sənətkarı sevmək bizdən həmişə yüksəkdən seyr edib, məsafəni təyin etməyimizi tələb edir. Buraya sənətçilər üçün verilən qərarlar da daxildir.
Əlbəttə, yuxarıların nəzərində sevimli olmaq üçün bəzi qaydaları yerinə yetirmək şərtdir. Dövlət öz dəstəyi müqabilində xoşagələn açıqlamalar verməyi və xoşagələn mövqedə durmağı tələb edir. Hər dövrdə bu mexanizmə uyğunlaşan sənətkarlarla yanaşı, buna uymayan "təcrid olunmuş" sənətçilər də olub və olmağa da davam edəcək.
Təəssüf ki, bu mexanizmə uymayan və aylardır pandemiya və işsizliklə mübarizə aparan sənətkarların intihar xəbərlərini alırıq. Bir neçə gün əvvəl qəzetlərdən Bəyoğlundakı məkanların birində səhnəyə çıxan, aylardır işsiz qalan Duran Ayın dolanışıq çətinliyi ucbatından intihar etdiyini oxuduq.
Yenə bu günlərdə hökumətdən sənətçilərə 1000 lirə dəstək açıqlaması gəldi. Bu dəstək kiçik yaşlarımda şahid olduğum bir halı - məhəllədə Cəmilə xalanın qurban əti paylamasını yadıma saldı. Bu Cəmilə xala məhəllənin varlı ailələrindən idi. Heç kim “varlıdır, qurban kəsmədi” deməsin deyə məcbur qalıb qurban kəsərdi. Əlbəttə, heyvanları sevdiyindən yox! Qurban ətimi paylayırdı, ya da quyruq yağına az batırılmış ətmi anlamazdıq... Bütün günü alnında kəsdiyi qurbanın qanı ilə gəzərdi.
Sənətin də sənətçinin də uzaqdan belə sevilmədiyi aşkarkən bu saxta qayğı, əlaqə, həssaslıq nə üçündür? Bu qanqrenə çevrilmiş bir münasibətdir. Əslində, olmur, sevə bilmirik deyilsə, hamı rahatlaşacaq.
Yerinə yetirilməyən vədlərdən, uzun və nəticəsiz danışıqlardan ümidini kəsən teatrlar, aktyorlar həyatda və ayaq üstə qalmaq üçün kampaniyalar təşkil edirlər. Bunlardan biri də teatr salonlarını itirmək təhlükəsi ilə üzləşən , bunun üçün fongogo-da kampaniya keçirərək tamaşaçıların dəstəyini gözləyən, “Kadıköy Theatron”dur.
Pandemiyanın yaratdığı bəlaları bir-birimizə dəstək verərək aradan qaldırmağa çalışırıq. Bu günlərdə bizi ayaq üstə saxlayan da, yəqin ki, elə budur.
Həmrəylik hamımız üçün faydalı olacaq ...
Kadıköy Theatron:
“Onsuz da, sağ qalmaq kimi təvazökar bir hədəflə çalışan özəl teatr səhnələri, indilərdə bir-birinin ardınca bağlanır və ya bağlanma təhlükəsi ilə üzləşirlər. Kadıköy Theatron da bunlardan biridir.
“6 ildir açıq saxlamağa çalışdığımız “Kadıköy Theatron” Yel Dəyirmanındakı yeni məkanıyla birlikdə, fərqli komandaların bir araya gəldiyi bir kollektiv qurmaq xəyalı ilə yola çıxmışdı.
Bir mövsüm boyunca bu xəyalımızı gerçəkləşdirdik. Və Teatr Kastı, Olası İşler, İlyas Odman və Mekanla yaratdığımız bu ortaq ruhu çox sevdik.
İndi həm oyun məkanımızı, həm də bu ortaq ruhu itirmə təhlükəsi ilə üz-üzəyik.
Sizin dəstəyiniz, pandemiya zamanı ödəyə bilmədiyimiz və bir müddət ödəyə bilməyəcəyimiz kirayə, vergilər, işçilərin müavinətləri və sabit xərclər üçün istifadə ediləcəkdir.
Dəstəyiniz və güvəniniz üçün əvvəlcədən təşəkkür edirik ... "
27 noyabr 2019-cu il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin Əməkdar incəsənət xadimi, şair, dramaturq, publisist, ictimai-siyasi xadim Hidayə...
Fevralın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Bohema” operası nümayiş olunacaq. Opera Xalq artisti, professor Yalçın Adıgözəlov tərəfindən idarə olunacaq.Səhnə əsərində əsas partiyaları ifa etmək üçün Ukrayna M...
147 ildir Azərbaycan teatrı sərasər yol gəlir. Şaxtalı-boranlı, günəşli-gündüzlü uzun bir yol. Büdrədikdə dövlət baba əlindən tutur, dəstəyini göstərir. Evini tikib, cibinə pul basıb, ona sahibsiz olmadığını xatırla...
Layihə dövlətlərarası mədəni əlaqələrin inkişafı və təbliğ edilməsi üçün C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı və Dərbənd Dövlət Azərbaycan Dram Teatrı arasında bağlanan memoranduma əsasən həyata keçirilib. Dərbənd Dövlət Azərbay...
Dekabrın 7-si Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nə az, nə çox, düz 90 yaşı tamam oldu. Bu 90 ildə keşməkeşli, məşəqqətli, sevincli, kədərli, zəngin repertuarlı bir yaradıcılıq yolu keçən teatrın dünəninə...
TURKSOY Beynəlxalq Təşkilatının təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankara şəhərində görkəmli qazax şairi Abay Kunanbayevin 175 illiyinə həsr olunmuş "2020 – Abay Kunanbayevi anma ili" konsert proqramının təntənəli açılış mərasimi keçirilib. Türk Dünya...
Ağlın və qəlbin dünyaya münasibəti
“Ekspressionizm” termini latıncadan “ifadə” mənasını verən “expressio” sözündən götürülüb. İncəsənətdə modernizm mərhələsinin cərəyanlar...
Sevginin, sadəcə bir yaşam gücü olduğunu deyirlər. İnsana güc, cəsarət, yaşamaq və yaratmaq istəyi qazandırır. İstəklər isə insana görə fərqlidir: ailəyə, dosta, övlada, gördüyün işə və sənətə olan sevgi kimi. ...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
14 may
T.Cücənoğlu “Uçqun” saat 19:00
15 may
M.F.Axundzadə “Müsyo Jordan Dərviş Məstəli şah” saat 19:00
16 may
Y.Polyakov “Sinif ...