Onun yaradılması
(davamı)
Pyeslərin fasiləsiz növbələşməsi çoxsaylı texniki personal tələb edir. Əlbəttə, bu ucuz başa gəlmir, amma əvəzində yüksək peşəkarlıq səviyyəsini qoruyub-saxlamağa imkan verir. Maşinistlər, işıqçılar, dekoratorlar, bir sözlə, ən müxtəlif peşə sahibləri nəcib kollektiv işdə iştirak edərək səriştə qazanırlar. Növbələşmə hər kəsə peşə vərdişlərini qoruyub-saxlamaq imkanı verir.
Repertuarı vaxtaşırı dəyişərək bizim teatr ciddi-cəhdlərimizə dəyər verən və yeni addımlarımıza dayaq olan daimi tamaşaçılar cəlb etmiş olurdu, onların sayəsində teatrımız yalnız uğurlu tamaşalara gələn təsadüfi tamaşaçıların mərhəmət və şıltaqlığından asılı vəziyyətə düşmürdü. Lakin cəsarətli olub teatrın bədii həyatına öz töhfəmizi verməkdən ötrü səhv etmək, yanılmaq hüququna da maliik olmaq lazımdır. Növbələşmə səhvlərsiz ötüşmür, lakin vəfalı tamaşaçılarımız sonsuz maraqla bizi izləyərək uğursuzluqlarımızı bağışlayır. Belə növbələşmə tərzini seçməsəydik, çətin ki bir çox pyesləri tamaşaya qoymağa cəsarətimiz çatardı.
Bir sözlə, növbələşmə axtarışlara baş vurmaq imkanı verir: biz dahi klassklərin şedevrlərinə müraciət edirik, lakin həyatda olan müəlliflərin əsərlərini də diqqətdən kənarda qoymuruq.
Beləliklə, növbələşmə sayəsində bizim fəaliyyətimiz genişlənir.
Klassikləri öyrənərək biz zənginləşir və böyüyürük. Biz mənbələrə vararaq doğru ton axtarışında tərz də əldə etmiş oluruq. Biz zərif zövqlə dahiliyin nadir vəhdətinin doğurduğu gözəlliyi, dolğunluğu və lakonikliyi əxz edirik.
Lakin klassik irsi öyrənməklə yanaşı dramaturji sənətin çox və ya az dərəcədə tədqiq edilməmiş sahələrini fəth etməyə də girişirik. Başqa sözlə, özümüzü axtarışlara həsr etmişik. Dramaturqlarımızın əksəriyyəti səhnənin və aktyor istedadının gizli imkanlarından xəbərsizdirlər. Qeyd etmək lazımdır ki, bütün dövrlərin dahi dramaturqları olan Şekspir və Molyer eyni zamanda həm də aktyor idilər. Məhz buna görə biz öz axtarışlarımızda, belə deyək, "kliniki ruh"u əsas götürərək ümid edirik ki, gənc müəllifləri doğru yola yönəltməyə müvəffəq olub onların yaradıcı işlərinə kömək etmiş olacağıq.
Beləliklə, 1935-ci ildən başlayaraq biz müəlliflərlə işləyib teatr nöqteyi-nəzərindən marağımızı doğuran romanların əsasında melodramlar, tamaşalar, pyeslər yaradıb onları səhnə üçün uyğunlaşdırırdıq: Uilyam Folknerin "Mən öləndə"(1935), Servantesin "Numansiya" (1937), Knut Hamsunun "Aclıq" (1939).
Lakin bizim əsas vəzifəmiz müasir müəlliflərə xidmətdir. Əgər klassikləri seçəndə biz oturuşmuş baxlşlara riayət ediriksə, müasir əsərlərə müraciət edəndə əksinə, biz daha böyük çeviklik büruzə verməyə çalışırıq. Biz hamı üçün maraqlı ola biləcək bütün əsərləri itaətkarcasına səhnəyə gətiririk.
Və nəhayət sözün və təmiz diksiyanın öyrənilməsi əvvəlkitək xüsusi qayğımızı təşkil etsə də, biz hərəkət sənətinə də böyük səy sərf edirik və son dərəcə maraqlı, xeyirli və çox poetik işlə məşğuluq: pantomimin təcrübi əsaslarının işlənib-hazırlanması.
Biz ümid edirik ki, özümüzü həsr etdiyimiz incəsənətin bütün sahələrində yaradıcı işlə məşğul olaq.
Nəzəriyyədə isə həddən artıq cəsarətli ideya və formullardan ehtiyatlanırıq.
Teatr həyat kimi mürəkkəb və çoxşaxəlidir: burda istənilən qaydalar keçərlidir, lakin bir şərtlə ki, əgər onlar gerçək d u y m a üzərində qurulublarsa və idrak və hisslərdən savayı ü r ə y ə də yol tapırlarsa. Ürək - cismdən və hətta idrakdan daha yüksək bir quruluşdur: bu fövqəlcismdir.
Buna görə biz tamaşalarımızın teatr çərçivəsindən kənara çıxdığını və ümumbəşəri əhəmiyyət kəsb etdiyini yəqinləşdirəndə zəhmətimizin hədər getmədiyinə əmin oluruq. Doğrudan da, məgər teatr incəsənətin başqa istənilən növü kimi təməl daşları etibarilə insanların ü n s i y y ə t vasitəsi deyilmi? Məgər özünün yaşam gücünü insana sonsuz məhəbbətdən alan teatr əzəli ortaqlıq, bəşəri müştərəklik sənəti deyilmi?
Bax, buna görə bizim şüarımız:
İnsan haqqında.
İnsanın daxilindən keçərək.
İnsan naminə.
On üç il sonra
Beləliklə, bizim truppa Marinya teatrında öz çıxışlarını iki tamaşa iıə başladı: 1946-cı il oktyabrın 17-də biz Şekspirin "Hamlet"ini tamaşaya qoyduq, bir həftə sonra oktyavrın 24-də isə - Marivonun "Yalan vədlər"ini və "Batista" pantomimini.
Bundan əlavə yaxın gələcəkdə biz ilk böyük dostumuz Salakrunun "Qəzəb gecələri" pyesini və nəzərdə tutduğumuza görə "Numansiya", "Mən öləndə" və "Aclıq" kimi əsərlərlə səsləşən "Proses"i hazırlamağı nəzərdə tutmuşduq.
Seçimimizi bu dörd pyes üzərində saxlayıb biz, zənnimizcə müxtəlif, dəqiq müəyyənləşmiş yollarla teatra xidmət etmək niyyətimizi kifayət qədər aydın şəkildə bəyan etmiş olduq. Həmin yollar bunlardır:
Klassikləri tamaşaya qoymaq;
Müasir müəlliflərim əsərlərini səhnəyə gətirmək;
Tamaşaları hazırlayarkən yeniliklər axtarışını davam etdirmək;
Pantomim sənətini inkişaf etdirmək.
Rus dilindən tərcümə: Samirə Behbudqızı
Yazardan aid digər yazılar
Nə qədər "biz teatral xalq deyilik" desək də, deyəsən, əlahəzrət teatr Azərbaycanpərvər olduğunu hər dəfə yeni bir şəkildə sübut edir. Müşahidə və təhlillər o qənaətə əsas verir ki, teatr sənətimizdə davamlı yaradıcılıq axtar...
Gürcü yazıçısı, ssenariçisi və kinorejissoru Qoderdzi Çoxeli (1964-2007) "Küknarlara məktub" ibrətamiz hekayəsini, və ya pritçasını 1980-ci ildə qələmə alıb. 1986-cı ildə isə özü bu hekay...
Bu və ya digər personajın mükəmməl şəkildə canlandırılması artistin öz sənətinə, əsərin müəllif(lər)inə ən böyük sevgi və ehtiramının ifadəsidir. Xüsusən əgər söhbət Məhmənəbanu kimi mürəkkəb xarakterə, təzadlı...
"В смутное сие время, по казацким дворам шатался неизвестный бродяга, нанимаясь то к одному, то к другому хозяину и принимаясь за всякое ремесло".
Из история пугачёвского бунта. 8 глав. Глава вторая.
"Сей исторический отрывок...
Людям, небезразличным к театральному искусству всегда интересно узнать, как протекает театральная жизнь в других странах. И особенно в такой театральной стране, как Россия. Недавно нашу столицу посетила российский театровед, доктор искусствоведения, ...
“Tamaşaçılar teatra yaxşı pyeslərin yaxşı quruluşda oynanılmasnı seyr etmək üçün gedirlər, pyesin özünü görməkdən ötrü yox; pyesi mütaliə də etmək olar”.
A.N.Ostrovski.
...
II "4.4" Qısa Tamaşalar Festivalı
“Tamaşaçılar teatra yaxşı pyeslərin yaxşı quruluşda oynanılmasnı seyr etmək üçün gedirlər, pyesin özünü görməkdən ötrü yox; pyesi mütaliə ...
- Qardaş, çamadanında nə aparırsan?
- (qəribə təbəssümlə) Unutmuşam.
- Bəs sən mənim nə apardığımı soruşmayacaqsan?
- Qardaş, bəs sən nə aparırsan çamadanında?
- (eyni anlaşılmaz əhvalla) Yadımda deyil...
("Y&uu...
Biri vardı, biri yoxdu, dağlar qoynunda bir ailə kimi yaşayan azərbaycanlılarla gürcülər vardı. Əsrin iki çərəyi öncə Qaxda məskunlaşmış gürcü, Tbilisi Teatr Texnikumunun məzunu, Azərbaycan-gürcü, gürc&u...
I. Bizim daxilimizdə teatr necə yaranır
Teatr insan qədər qədimdir. O, sanki insanın əkizidir. Onlar bir-birindən ayrılmazdırlar; bundan əlavə, cilddən-cildə girmək bütün canlılara xas olan cəhətdir. İnsan odu kəşf etdi, Dionis...