Hər il keçirilən “İlk oxu” dramaturgiya müsabiqəsi bu il 7-9 fevral tarixlərində baş tutacaq.
Münsiflər heyəti keçən il 15 sentyabrdan 15 dekabra qədər 291 pyesdən 16 əsər seçərək qısa siyahıya (şort listə) daxil ediblər. Müsabiqənin şort listi isə 12 yanvarda açıqlanıb.
Beləliklə, “İlk oxu - 2021” müsabiqəsinin final proqramına aşağıdakı pyeslər daxil edilib:
1. “69 nömrəli sənəd” E.Roza;
2. “Tahir və Zöhrə” Z.Abakarova;
3. “Dülgər” L.Qolovanova;
4. “OPK” A.Materinskiy;
5. “Ulduzlar qara dəlikdə” V.Velt;
6. “Bir zamanlar Moskvanın cənub sahillərində” Y. Boçarova;
7. “1999 bizim yay” E.Çarukyan;
8. “Balidən sonra” İ.İman;
9. “Qara fırtına” A.Bukryev;
Pyeslərin oxunuşu 7-9 fevral tarixlərində “Na Liteynom” teatrında baş tutacaq.
Qeyd edək ki, bu müsabiqədə həmyerlimiz, dramaturq İsmayıl İman “Balidən sonra” pyesi ilə iştirak edir. İ.İman “Lift”, "Sevil", "Limbo", "Astara bağları" kimi pyeslərin müəllifidir. Onun əsərlərinə tez-tez "dOM" interaktiv teatrının repertuarında rast gəlmək mümkündür. İ.İman həmçinin "Mənim balaca şahzadəm" qısametrajlı cizgi filminin ssenari müəllifidir.
“İlk oxu” müsabiqəsi A.M.Volodin adına “Beş axşam” festivalı çərçivəsində keçirilir. “Beş axşam” Aleksandr Volodinin adına Peterburqda ənənəvi keçirilən festivallardan biridir.
Müsabiqə daxil edilmiş pyeslərin oxu qrafiki yaxın günlərdə veb saytda yayımlanacaq. Daha ətraflı məlumatı isə “Первой читки” adlı rəsmi facebook səhifəsindən əldə etmək olar .
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...