“Birinci oxunuş” müsabiqəsi 2009-cu ildən etibarən A.Volodin adına “Beş axşam” festivalı çərçivəsində keçirilir. Builki müsabiqədə qısa siyahıya düşən 8 əsər arasında Azərbaycanlı dramaturq İsmayıl İmanın “10 lobster” pyesi də var. İ.İmanın pyesi ilə yanaşı şort-listdə Konstantin Steşikin “Baş”, Marqarita Kadatskayanın “Ekspertum-patronum”, Dmitri Retixin “Səma müdafiəçiləri meydanı”, Oljas Janhaydarovun “Revolyuşn”, Yekaterina Avqustenyakın “Yüksək slot”, Elektra Libertenin “Nitq sancısı”, Olqa Potapovanın “Qaçmaq olmaq” pyesləri də var.
Müsabiqənin şərtlərinə görə, pyesləri xüsusi ekspertlər - aktyor Anatoli Belıy, rejissor Vladimir Skvortsov, teatrşünas Alyona Karas, rejissor Anatoli Praudin və dramaturq Svetlana Bajenova seçib. Anatoli Belıy İsmayıl İmanın “10 lobster” pyesinə səs verib.
Seçilmiş pyeslərin teatrallaşdırılmış oxunuşu 7, 8 və 9 fevral tarixlərində Sankt-Peterburqda “Liteynıdakı” teatrda baş tutacaq. Oxunuş rejissor Yuliya Makarovanın quruluşunda təqdim olunacaq.
İsmayıl İmanın Teatro.az sənət portalına verdiyi məlumata görə, bu, dramaturqun sözügedən müsabiqədə üçüncü iştirakıdır. Belə ki, dramaturqun “Astara bağları” pyesi 2018-ci ildə, “Balidən sonra” əsəri isə 2021-ci ildə “Birinci oxunuş” müsabiqəsinin əsas proqramında iştirak edib.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...