Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor Əli Əmirlinin dəvəti ilə CHARACTERS Müasir Dramaturgiya Festivalının kuratoru və təşkilatçısı İsmayıl İman festival çərçivəsində Kinoşünaslıq və Bədii yaradıcılıq və ekran dramaturgiyası (Ssenarist) ixtisasında I təhsil ilinin tələbələri ilə “Niyə pyes yazmaq lazımdır?” adlı ustad dərsi keçirib. Ustad dərsində dramaturgiya sahəsində böyük təcrübəyə malik, əsərləri bir sıra beynəlxalq müsabiqələrin qalibi olmuş İsmayıl İman müasir dramaturgiya haqqında, pyes yazmağın üsul və vasitələri haqqında biliklərini tələbələrlə bölüşüb. O həmçinin layihə haqqında məlumat verərək, bildirib ki, CHARACTERS Müasir Dramaturgiya Festivalının məqsədi yeni aktual pyeslərin yaradılması, dinlənilməsi və səhnələşdirilməsi üçün mexanizm və platforma yaratmaqdır. İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının dəstəyi ilə həyata keçirilən layihənin tərəfdaşları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət YUĞ Teatrı, Bakı Marionet Teatrı, Teatro.az sənət portalı, Katalizator Art Hub və TOTD İctimaiyyətlə əlaqələr təşkilatıdır.
Festival çərçivəsində ilk mərhələ 18-50 yaş arası dramaturqların son 5 il ərzində yazdığı pyeslərdən ibarət dramaturgiya müsabiqəsidir. Müsabiqəyə qəbul edilən pyeslər Azərbaycanın tanınmış rejissorları, teatrşünasları və teatr tənqidçilərindən ibarət jüri tərəfindən oxunaraq qiymətləndiriləcək. Qalib gələn pyeslər 2024-cü ilin yazında rejissor oxunuşu şəklində teatr mütəxəssislərinə və tamaşaçılara təqdim olunacaq, quruluş üçün Azərbaycanın dövlət və özəl teatrlarına tövsiyə olunacaq. Birinci yerin qalibi olan pyes festivalın tərəfdaşı YUĞ Dövlət Teatrının səhnəsində tamaşaya qoyulacaq.
Müəllifin digər yazıları
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...