Özbəkistanın paytaxtı Daşkənd şəhərində fəaliyyət göstərən Art House Xəmsə teatrı yanvarın 18-də 2025-ci ilin ilk premyerasını tamaşaçılara təqdim edib.Əlamətdardır ki, teatr yeni ildə tamaşaçılarını ilk dəfə azərbaycanlı dramaturq İsmail İmanın “Əziz ata” pyesi əsasında hazırlanan “OTA” (“Ata”) tamaşası ilə salamlayıb.
Əsərin süjeti iki qadının (ana və qız) qarşıdurması və hissləri üzərində qurulub. Atasını erkən itirən qız anası ilə anlaşa bilmir, mərhum atası üçün darıxır, özünü bədbəxt hiss edir. Anası da bədbəxtdir, amma bunu müxtəlif nəmləndirici üz maskaları və bəhanələrləgizlədir. Baş qəhrəman Səidə üçün atası həyatında ən vacib kişidir. O, özünü ata gözü ilə qiymətləndirir, özünü ata sevgisi ilə sevir. Atası tərəfindən döyülən qızın bədbəxt olması əbəs yerə deyil. Səidənin bədbəxtliyi atasını vaxtsız itirməsi ilə başlayır.

Maraqla qarşılanan tamaşanın quruluşçu rejissoru Art House Xəmsə teatrının yaradıcısı Sayfiddin Meliyevdir. Səhnə səsərində rolları İlmira Rəhimcanova və Mohiçehra İslamova ifa edir. Tamaşanın növbəti nümayişi 19 yanvarda baş tutacaq.
Müəllifin digər yazıları
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...