TEATRO

TEATRO

sənət portalı

post-title

İş Sənət Nağıl Teatrından uşaqlar üçün dörd tamaşa

İş Sənət Nağıl Teatrının hər bazar günü sosial media hesabları və veb saytında yayımladığı “Oz sehirbazı”, ”Cücələr və Ayaqqabıçı”, “Gözəl və Çirkin”, ”Avqust Böcəyi ilə  Qarışqa”  tamaşaları uşaqların yolunu gözləyir.

Belə ki, Nağıl Teatrının uşaqlara ünvanladığı yeni macəralar - “Oz Sehirbazı” 7 fevral , “Cücələr və Ayaqqabıçı” 14 fevral, “Gözəl və Çirkin” 21 fevral və “Avqust Böcəyi ilə Qarışqa” 28 fevral saat 15:00-dan (yerli vaxtla 16:00-dan) etibarən yayımda olacaq.

“Oz sehirbazı”nda cəsarət axtaran aslan,”Cücələr və Ayaqqabıçı”da yaşlı ayaqqabıçıya kömək edən cücələr, “ Gözəl və Çirkin”də xeyirxah canavar, “Avqust Böcəyi ilə Qarışqa”da  isə  tənbəl və əyləncəli avqust böcəyi və zəhmətkeş qarşıqa  İş Sənət Nağıl Teatrında uşaqların görüşünə gələcək.

Rejissor işi Lerzan Pamirə məxsus, rol ifaçıları Aslı Tandoğan, Anıl Altınöz ve Mert Aydın olan bu nağıllar-tamaşalar uşaqlara əyləncəli anlar yaşadacaq.

 

 

Load Time (S) : 0.004595