AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda görkəmli teatrşünas, AMEA-nın müxbir üzvü, professor İnqilab Kərimovun 90 illiyi münasibəti ilə “Milli teatrşünaslığın inkişafında İnqilab Kərimovun rolu” mövzusunda on-line elmi sessiya keçirilib.
Elmi sessiyanı giriş sözü ilə açan İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Ərtegin Salamzadə görkəmli teatrşünas-alimin çoxşaxəli yaradıcılığından, pedoqoji fəaliyyətindən, insani kefiyyətlərindən danışaraq bu gün İnqilab Kərimovun 90 illiyinin qeyd edilməsini onun Azərbaycan elmi qarşısında göstərdiyi xidmətlərin nəticəsi kimi dəyərləndirib.
Sessiyada Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə “İnqilab Kərimovun tədqiqatları Azərbaycan teatr tarixinin güzgüsü kimi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov ”İnqilab Kərimovun sənət baxışları”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayeva “İnqilab Kərimovun teatr-tənqidi görüşləri şəxsiyyət və zaman müstəvisində” və sənətşünaslıq üzrə fəlsəfə doktoru Məlahət Ağayeva “İnqilab Kərimovun bədii-publisistik yaradıcılığı” adlı məruzələrlə çıxış ediblər.
Məruzələrdən sonra “Kulturalogiya və incəsənətin nəzəriyyəsi” söbəsinin müdiri, sənətşünaslıq doktoru, professor Rəna Abdullayeva söz alaraq İnqilab Kərimov haqqında həm elm xadimi, həm də bir insan kimi öz xatirələrini bölüşüb.
Sonda İnqilab Kərimovun qızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Kərimova çıxış edərək, atası İnqilab Kərimova göstərdikləri ehtirama, 90 illiyi münasibəti ilə elmi sessiya keçirdiklərinə görə İnstitutun rəhbərliyinə, mərhumun vaxtı ilə başçılıq etdiyi “Teatr, kino və televiziya” şöbəsinin əməkdaşlarına və iştirakçılara öz dərin minnətdarlığını bildirib.

Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...