Akademik Milli Dram Teatrı IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunub. Forumda 73 ölkədən nümayəndə heyəti, eləcə də 30 ölkənin mədəniyyət nazirləri iştirak edib.
Forum çərçivəsində teatr sənətinə həsr olunan xüsusi paneldə Rusiya, Belarusiya və Serbiya milli teatrlarının rəhbərləri ilə yanaşı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor səlahiyyətlərini icra edən Əməkdar mədəniyyət işçisi İlham Əsgərov çıxış edib.
O, həmçinin Aleksandrinsk Teatrın direktoru Sergey Yemelyanov, Belarus Akademik Milli Teatrının direktoru Aleksandr Şastakoy və Serbiya Respublikasının Milli Teatrının direktoru Diana Qrbiç ilə görüşüb, qarışılıqlı əməkdaşlıq, qastrol səfərlərinin və festivalların təşkili haqqında müzakirələr aparıb.
Görüşlə bağlı açıqlama verən İlham Əsgərov bildirib ki, Rusiyanın çoxəsrlik tarixə malik milli teatrı olan Aleksandrinsk Teatrı ilə əməkdaşlıq əlaqələrinin qurulması Azərbaycan-Rusiya mədəni əlaqələrinin daha möhkəmlənməsinə kömək edəcək, dostluq və yaradıcılıq münasibətlərinin inkişafına töhfə verəcək:
“Forum çərçivəsində təşkil olunan panel teatr rəhbərlərinin şəxsi tanışlığı, yaradıcı əlaqələrinin genişlənməsi, müasir teatr istiqamətlərinin müzakirəsi baxımından çox faydalı oldu. Səfər çərçivəsində Aleksandrinsk Teatrın direktoru Sergey Yemelyanovla 2024-cü ildə qarşılıqlı səfərlərin təşkili məsələsini müzakirə edərək razılığa gəldik. Akademik Milli Dram Teatrı 2024-cü ilin sentyabrında Sankt-Peterburqda keçiriləcək XV Beynəlxalq Teatr Festivalında iki tamaşa ilə çıxış edəcək. Aleksandrinsk Teatrı isə həmin ilin oktyabrında iki tamaşa ilə Bakıya qastrol səfərinə dəvət olunub. Eyni zamanda “Milli Teatr Məktəbi” layihəsi çərçivəsində Bakıda master-klass və mühazirələr keçiriləcək, mədəniyyət menecerləri üçün əyani üç günlük ixtisasartırma proqramı təşkil olunacaq”.
İlham Əsgərov əlavə edib ki, Akademik Milli Dram Teatrı eyni zamanda Belarus Akademik Milli Teatrı və Serbiya Respublikası Milli Teatrı ilə də əməkdaşlıq əlaqələri üzərində çalışır:
“Gələcəkdə həmçinin dünyanın ən böyük teatrları ilə yaradıcı əlaqələrinin qurulması istiqamətində vacib addımlar atılacaq. Azərbaycanın teatr tarixi, müasir teatr mühiti və tamaşalarımız onlar üçün maraqlıdır, dostluq və əməkdaşlıq etmək istəyirlər. Məqsədimiz Milli Teatrı beynəlxalq teatr mühitinin ən vacib üzvünə çevirmək, dünyanın böyük teatrlarının yaxın tərəfdaşı etməkdir”.
Müəllifin digər yazıları
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir. 4-8 may 2026-cı il tarixinəd baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadla...