Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Səmərqənd Vilayət Musiqili Dram Teatrı arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Hər iki teatrın rəhbəri – Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev və Özbəkistanın “Şöhrət” medallı Əməkdar mədəniyyət işçisi İsgəndər Sultanov imzaladıqları sənədə əsasən nəzərdə tutulan əməkdaşlıq fəaliyyətləri ilə bağlı məsələləri müzakirə ediblər. Bura iki türkdilli ölkə arasında birgə yaradıcılıq layihələrinin, qarşılıqlı qastrol səfərlərinin, o cümlədən teatrsənəti sahəsində yaradıcı heyətlərin təcrübə mübadiləsinin təşkili, teatr sənətinin aktual problemlərinə dair məsləhətləşmələrin aparılması və s. daxildir.
Bu memorandumu Musiqili Teatrla özbək teatrları arasında uğurlu əməkdaşlığın davamı hesab edən Əliqismət Lalayev söhbət əsnasında Özbəkistanın Kattakurqon Şəhər Dram Teatrı, Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrı və Namanqan Vilayət Musiqili Dram və Komediya Teatrı ilə mövcud əlaqələrdən də danışıb.
Musiqili teatrla əməkdaşlıqdan məmnun olduğunu bildirən İsgəndər Sultanov yaradılan şəraitə görə zəhməti olan hər kəsə – TÜRKSOY-a, Azərbaycan və Özbəkistan Mədəniyyət Nazirliyinə də minnətdarlığını bildirib.
Onu da qeyd edək ki, Səmərqənd Vilayət Musiqili Dram Teatrı Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150, TÜRKSOY-un 30 illik yubileyləri, həmçinin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi şərəfinə ölkəmizdə keçirilən I Beynəlxalq TÜRKSOY Teatr Festival çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində "Leyli və Məcnun" tamaşasını uğurla nümayiş etdirib.
Müəllifin digər yazıları
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...