Festival proqramının önəmli bir hissəsi olan “Festivallardan seçmələr” bölməsi nüfuzlu festivallardan mükafatlar qazanmış son illərin ən məşhur sənədli filmləri ilə zəngindir. Xüsusilə dünya premyerasını 2019-cu ilə Sundance film festivalında etmiş Tamara Kotevska və Lyubomir Stefanov tərəfindən çəkilmiş “Bal ölkəsi” filmi bu bölmənin ən parlaq filmlərindən biridir.
Festival həyatı olduqca zəngin olan film 2019 Sundance Film Festivalında üç mükafat və 92-ci Akademiya Mükafatlarında Ən Yaxşı Beynəlxalq Bədii Film və Ən Yaxşı Sənədli Film kateqoriyalarında iki nominasiya daxil olmaqla, kinofestivallarda çoxsaylı mükafatlar və nominasiyalar qazanıb. “Bal ölkəsi” filmi Oskar tarixində hər iki kateqoriya üzrə nominasiya qazanan ilk sənədli filmdir.
“Festivallardan seçmələr” bölməsinə daxil olan digər filmlər aşağıdakılardır:
Sevgilərlə, atan - 13 dəqiqə, Diana Cam Van Nguyen - Çexiya
Dördüncü divar - 10 dəqiqə, Mahboobeh Kalaee - İran
Ölümünə boşanmaq - 80 dəqiqə, Chloe Fairweather - Birləşmiş Krallıq, Norveç, Türkiyə, Almaniya
Sincarın mələkləri - 113 dəqiqə, Hanna Polak, - Polşa, Almaniya
Ailənin rentgenoqramı - 81 dəqiqə, Firuzeh Khosrovani, - İran, Norveç, İsveçrə
İstədiyim kimi - 88 dəqiqə, Samaher Alqadi - Misir, Norveç, Fransa, Fələstin, Almaniya
Dəcəl uşaqlar - 93 dəqiqə, Ahmet Necdet Cupur - Türkiyə, Fransa, Türkiyə, Almaniya
Bütün vəhşilər insandır - 17 dəqiqə, Helen Spooner, Hugh Davies - Azərbaycan, Birləşmiş Krallıq
Müsabiqə proqramında iştirak edəcək yerli və beynəlxalq müəlliflərə məxsus uzun və qısametraj sənədli filmlər də artıq məlumdur. Belə ki, Seçki komissiyasının onlarla film arasından seçdiyi bu filmlər yerli və xarici münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Festivalın qapanış günü qaliblər elan ediləcək.
“Ən yaxşı tammetraj sənədli film” nominasiyasında yarışacaq filmlər:
Seçim - 42 dəqiqə, Mansoureh Radfar - İran
Ama-Das - 71 dəqiqə, Marga Gutiérrez - İspaniya
Lunàdigas - və ya analıqdan imtina haqqında - 78 dəqiqə, Nicoletta Nesler, Marilisa Piga – İtaliya
Mən ölüncə yaşa - 83 dəqiqə, Gustav Ågerstrand, Åsa Ekman, Oscar Hedin Hetteberg, Anders Teigen - İsveç
Kədər tərbiyəçisi - 66 dəqiqə, Mina Laamo - Finlandiya
Kimliyin səsi - 90 dəqiqə, James Kicklighter – ABŞ
“Ən yaxşı beynəlxalq qısa sənədli film” nominasiyasında yarışacaq filmlər:
Bonita - 25 dəqiqə, Marina França - Brazilya
Roza ilə rəqs - 20 dəqiqə, Robert Munoz Ruperez – İspaniya
Sükut içində pıçıltı - 20 dəqiqə, Sarqol Eslamlan - İran
Dinlə məni - 16 dəqiqə, Paula Armijo - İspaniya
Çöl çiçəkləri - 20 dəqiqə, Mariana X. Rivera - Meksika
Əzizim, sən buna layiqsən - 29 dəqiqə, Lamiaa İdriss – Misir
“Ən yaxşı yerli qısa sənədli film” nominasiyasında yarışacaq filmlər:
A və 24 digərləri - 18 dəqiqə, Vüsalə Hacıyeva - Azərbaycan
Köz Təndir - 17 dəqiqə, Səməd Ağayev - Azərbaycan
Unudulmuş arzular - 25 dəqiqə, Aynur Kazımova - Azərbaycan
Üfürülməmiş şamlar - 15 dəqiqə, Atanur Nəbiyeva - Azərbaycan
Gediş - 16 dəqiqə, Hunay Saday - Azərbaycan
Nə istəyirsiz? - 13 dəqiqə, Günel Səfərova - Azərbaycan
Film nümayişlərindən əlavə festivalın proqramı xarici rejissorların ustad dərsləri və müxtəlif başlıqlı panel müzakirələrlə də zəngindir. İstər gender məslələri, istər sənədli film mövzuları barəsində aparılacaq panel müzakirələr festival boyu davam edəcək. Müxtəlif ölkələrin kino mütəxəsisləri Jean Mouin, Marina Belikova, “Bal ölkəsi” filminin rejissorlarından Tamara Kotevska da ustad dərsləri baş tutacaq müəlliflər sırasındadır.
Sevilfest bu il Polşanın Vistula festivalı ilə də əməkdaşlıq edir. Belə ki, III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı çərçivəsində baş tutacaq VII “Visla” Polşa filmlərinin festivalı üç tammetraj, bir qısametraj Polşa sənədli filminin nümayişindən ibarətdir:
Mənə Mariana deyin - 75 dəqiqə, Karolina Beliavska, Polşa
Məcburi proqram - 72 dəqiqə, Eva Koçanska, Polşa
Kəndlililər - 72 dəqiqə, Karol Palka, Polşa
Janna Dark - 30 dəqiqə, Aleksandr Şamalek, Polşa
Festivalın Fransa Institutu ilə apardığı əməkdaşlıq çərçivəsində isə Sébastien Lifshitzin “Petite Fille - Balaca qız” filmi nümayiş ediləcək.
Son olaraq Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı hər kəsi 13-20 avqust tarixlərində Bakı, Şəki, Lənkəran şəhərlərində baş tutacaq zəngin festival proqramını izləməyə dəvət edir.
Festival USAİD və Azərbaycan Kinomatoqrafçılar İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir.
Müəllifin digər yazıları
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir. 4-8 may 2026-cı il tarixinəd baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadla...
Füzuli Dövlət Dram Teatrının səhnəsində Mirzə Nicatın quruluşunda təqdim olunan “Tənhalığın evi” tamaşası, əslində, bir mətnin səhnə təcəssümündən daha artıq idi; bu, insanın öz daxilinə baxmağa məcbur edildiyi qa...
30 illik ayrılığın 30 dəqiqəsi
Xoreoqrafik sənədli tamaşa
Birinci hissə: Yeni tamaşa üçün ideya axtarışında.
Azərbaycanın Qarabağ regionunda 1988-ci ildən başlayan və 1994-cü ildə atəşk...
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində SABAH qruplarının “Aktyor sənəti” ixtisası üzrə IV kurs tələbələrinin diplom işi olan Uilyam Şekspir...
2 fevral - Azərbaycan Gəncləri Günü Akademik Milli Dram Teatrında qeyd olunub. Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov əlamətdar gün münasibətilə gəncləri təbrik edib. O, qeyd edib ki, ümummilli li...
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində dramaturgiya müsabiqəsi üçün Azərbaycan dilində pyeslərin qəbulu müdd...
Məhəmməd Əmin Rəsulzadə görkəmli dövlət xadimi olaraq siyasi-ictimai fəaliyyəti ilə yanaşı elmi, publisist, yazıçı, tərcüməçi, şair, dramaturq, jurnalist istedadı ilə də fərqlənmişdir.
...
Batmış şəhərin yox, batmağa razı olan insanların hekayəsi
- Niyə yaşamaq istəyirsiniz?
- Unutmuşam...
Üzü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə doğru gedirəm. İmtahan günüdür. Sabah Mərkəzini...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 10 Mart - Milli Teatr Günü və 27 Mart - Beynəlxalq Teatr Gününə həsr olunmuş “Teatr 2.0: Ruh və kod” adlı Beynəlxalq Tələbə Elmi Konfransı keçirilə...