Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının birgə təşkilatçılığı ilə keçirilən, “Şuşa ili”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı” (QTF) başa çatıb.
Festivalın son günü münsiflər heyətinin bir gün əvvəl nümayiş olunan A.Şaiq adına Azərbacan Dövlət Kukla Teatrının “Zəfər zəngi”, Salyan Dövlət Kukla Teatrının “Sülh naminə birləşək” və Səhnə Teatrının “Qurd əfsanəsi” tamaşalarının müzakirəsi ilə başlayıb. Müzakirədə Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov, Xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli bu tamaşalar haqqında fikirlərini iştirakçılara çatdırıblar.
Daha sonra Tbilisi Beynəlxalq Teatr Festivalının art direktoru Yekaterina Mazmişvili və Tbilisi Beynəlxalq Teatr Festivalının Beynəxalq proqram üzrə prodüseri Nutsa Burjanadzenin "Festivalın strukturu: çağırışlar, vəzifələr və perspektivlər", K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının bədii rəhbəri Levan Tsuladzenin “Qafqaz təbaşir dairəsi” mövzularında ustad dərsləri keçirilib.
Günün sonunda Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Festivalın bağlanış və mükafatlandırma mərasimi baş tutub. Festivalın açılışı Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimovun giriş sözü ilə başlayıb, o, “4.4 qısa tamaşalar festivalı”nın qısa müddət ərzində beynəlxalq səviyyəyə qalxmasından məmnun olduğunu bildirib.
Sonra Festivalın art direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov və münsiflər heyətinin sədri Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov Festival haqqında öz fikirlərini bölüşüb, bütün iştirakçılara və bu teatr bayramının ərsəyə gəlməsində əməyi olan hər kəsə öz minnətdarlıqlarını çatdırıblar.
Daha sonra mükafatlandırma mərasimi keçirilib. Münsiflər heyətinin qərari ilə, bu il ilk dəfə təsis edilən “Ən yaxşı aktrisa” nominasiyasının qalibi “İnanıram” tamaşasındakı roluna görə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova, “Münsiflərin rəğbəti” mükafatının qalibi isə “Dərdlərimin çamadanı” tamaşasındakı ifasına görə Gəncə Dövlət Kukla Teatrının aktrisası Zülfiyyə Əliyeva olub. Rejissor İradə Gözəlovanın Azərbaycan Dövlət Müsiqili Teatrında hazırladığı "Anamın kitabı" tamaşası Festivalın xarici qonaqlarının, Beynəlxalq Teatr Tənqidçiləri Birliyi üzvlərinin müsabiqədənkənar proqram üçün təsis etdiyi Xüsusi Diploma layiq görülüb. “Gənc ekspertlərin mükafatı”nın qalibi isə Azərbaycan Dövlət Pantomima Teatrının "Şinel” (rejissoru Ceyhun Dadaşov) tamaşası olub.
Festivalda müsabiqə proqramında nümayiş olunan 12 tamaşa arasında 1-ci yerə Azərbaycan Dövlət Pantomima Teatrının “Şinel” (müəllif Nikolay Qoqol, rejissor Ceyhun Dadaşov), 2-ci yerə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “İnanıram” (müəllif Ülviyyə Heydərova, rejissoru Elşad Rəhimzadə), 3-cü yerə Səhnə teatrının “Qurd əfsanəsi” (müəllifi Xaqani Əliyev, rejissor Namiq Ağayev) layiq görülüb. Mükafatçılara kubok, pleket, pul mükafatı və xatirə hədiyyələri verilib.
Qaliblərə mükafatları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "İncəsənət və qeyri-maddi mədəni irs" şöbəsinin müdiri Fərəh Acalova, münsiflər heyətinin üzvləri: Xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli, Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə, həmçinin, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Gənc ekspertlər qrupu adından tələbə-teatrşünas Fatimə Qurbanzadə təqdim ediblər.
Mükafatlandırma mərasimində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı artistlərinin təqdimatında hazırda məşqləri gedən Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasından bir səhnə, balet truppası tərəfindən isə "Azərbaycan rəqsi" ifa olunub.
Sonda isə aparıcısı Zaur Mirzəzadə bütün festivalı iştirakçılarını səhnəyə dəvət edib və xatirə şəkili çəkdirilib.
Müəllifin digər yazıları
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Samsun şəhərində keçirilən 8-ci Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatrın kollektivi festivalda görkəmli dramaturq Hüseyn Cavidin “A...
2001-ci ildə yaradılmış və 30 dil komitəsindən təxminən 300 mütəxəssisi birləşdirən EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi tərcümə vasitəsilə Avropa, Mərkəzi Asiya və Aralıq dənizi regionundan olan yeni pyeslərin ...
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...