Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə 25-30 noyabr 2022-ci il tarixində Bakı şəhərində keçiriləcək II “4.4 Qısa Tamaşalar Festivalı”nın (QTF) başlanmasına sayılı günlər qalıb.
Hazırlıq işlərinin ilk mərhələsini başa çatdıran Təşkilat komitəsi artıq Festivalın proqramını müəyyənləşdirib. Göndərilən 20-dən artıq tamaşadan 12-si Festivalın müsabiqə proqramına daxil edilib. Bu tamaşaların 5-i Bakıda, 5-i rayonlarda fəaliyyət göstərən dövlət teatrlarının, 2-si isə müstəqil teatrların payına düşür. Maraqlıdır ki, bu ilki Festivala dram teatrları ilə yanaşı, kukla teatrları da qatılıb.
Bundan əlavə, Festivalın proqramında müxtəlif ölkə teatrlarının repertuarındakı ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşa yer alıb. Bu ilki Festivala xüsusi rəng qatan özəlliklərdən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Belə ki, Festival günlərində seyrçilər K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyni adlı povesti əsasında hazırladığı “Kreyser sonatası” tamaşasına baxa biləcəklər.
Zəngin Festival proqramı yalnız tamaşalarla bitmir. Əlliyə yaxın xarici qonağın qatılacağı Festival ərzində teatrsevərlər tanınmış teatr mütəxəssislərinin fərqli ustad dərslərində, treninqlərdə və panel müzakirədə iştirak edə biləcəklər.
PROQRAM
25-30 noyabr 2022
24 NOYABR
11.00-13.00 / 15.00-17.00
Treninq
Cahangir Novruzov
Azərbaycan Respublikasının Xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru
Mövzu: “A.P.Çexovun “Ayı” və “Təklif” qısa pyesləri əsasında
əməli təhlil üsulunun tətbiqi”
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, kiçik səhnə
Ünvan: İnşaatçılar pr. 39
25 NOYABR
09:30-10:30
Festival iştirakçılarının qeydiyyatı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı,
Ünvan: Füzuli meydanı 1
10:30-12:00
Azərbaycan Respublikasının Xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovla görüş
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, böyük səhnə
Ünvan: Füzuli meydanı 1
12:30-13:30
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
“Küknarlara məktub” (bir hissəli pritça)
Müəllif Goderdzi Çoxeli, rejissor Nigar Güləhmədova
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, kiçik səhnə
Ünvan: Füzuli meydanı 1
16:00-17:00
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
“İnanıram” (mono tamaşa)
Müəllif Ülviyyə Heydərova, rejissor Elşad Rəhimzadə
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, böyük səhnə
Ünvan: Nizami küç. 72
19:00
Açılış mərasimi
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
Ünvan: Zərifə Əliyeva küç. 8
26 NOYABR
10:00-11:30
Tamaşaların müzakirəsi
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, kiçik səhnə
Ünvan: Zərifə Əliyeva küç. 8
12:30-13:00
Qusar Dövlət Ləzgi Dram Teatrı
“Poni” (absurd dram)
Müəllif Murat Kolqanat, rejissor Əliyar Əliyev
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, böyük səhnə
Ünvan: Zərifə Əliyeva küç. 8
15:00-17:00
Treninq
İoseb Bakuradze
Movement teatrının rejissoru
Mövzu: “İmprovizə”
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, kiçik səhnə
Ünvan: Zərifə Əliyeva küç. 8
17:00-18:00
Lənkəran Dövlət Dram Teatrı
“Qanlı namə” (tarixi-psixoloji dram)
Müəllif İlqar Fəhmi, rejissor Tərlan Abdullayev
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, böyük səhnə
Ünvan: Zərifə Əliyeva küç. 8
19:00
Azərbaycan Dövlət Yuğ Teatrı
"Kloun Bizzz” (feeriya-makabr) müsabiqədənkənar
Müəllif Matey Vişnek, rejissor Mikayıl Mikayılov
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, 2-ci mərtəbə
Ünvan: Neftçilər pr. 36
19:00
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi
“Püstə ağacı” (mono tamaşa) müsabiqədənkənar
Müəllif Maqsud İbrahimbəyov, rejissor Vaqif Əsədov
Maqsud İbrahimbəyovun ev muzeyi (İçəri Şəhər)
Ünvan: Böyük Qala küç. 28
27 NOYABR
10:00-11:30
Tamaşaların müzakirəsi
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, kiçik səhnə
Ünvan: Zərifə Əliyeva küç. 8
12:00-13:00
Füzuli Dövlət Dram Teatrı
“Tənhalığın evi” (ekzistensial tragikomediya)
Müəllif Abdulla Elşadlı, rejissor Nicat Mirzəzadə
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, böyük səhnə
Ünvan: Zərifə Əliyeva küç. 8
15:00-16:00
Azərbaycan Dövlət Pantomima Teatrı
“Şinel” (psixo-plastik qarabasma)
Müəllif Nikolay Qoqol, rejissor Ceyhun Dadaşov
Azərbaycan Dövlət Pantomima Teatrı
Ünvan: Azadlıq pr. 75
17:00-18:30
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
“Anamın kitabı” (bir hissəli ingilissayağı dram), müsabiqədənkənar
Müəllif Cəlil Məmmədquluzadə, rejissor İradə Gözəlova
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, böyük səhnə
Ünvan: Zərifə Əliyeva küç. 8
20:00
S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı
“Maneken” (absurd dram)
Müəllif Firuz Mustafa, rejissor Raulya Türkkan
S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı
Ünvan: Xaqani küç. 7
28 NOYABR
10:00-11:30
Tamaşaların müzakirəsi
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, kiçik səhnə
Ünvan: Zərifə Əliyeva küç. 8
12:00-13:00
Gəncə Dövlət Kukla Teatrı
“Dərdlərimin çamadanı” (mono tamaşa)
Müəllif Hafiz Ataxanlı, rejissor Fərmail Paşayev
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı
Ünvan: Neftçilər pr. 36
15:00-16:30
Panel müzakirə
Mövzu: “Teatr dünyası - dünya teatrı
müasir dövrün qlobal problemləri kontekstində”
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, kiçik səhnə
Ünvan: Zərifə Əliyeva küç. 8
17:30-18:30
“Cosmo” Müstəqil Teatrı
“Mühacirlər” (psixoloji dram)
Müəllif Slavomir Mrojek, rejissor Ümüd Abbas
S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı
Ünvan: Xaqani küç. 7
19:00
K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrı
“Kreyser sonatası” müsabiqədənkənar
Müəllif Lev Tolstoy, rejissorlar Levan Tsuladze, Temo Kurqava
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, böyük səhnə
Ünvan: Zərifə Əliyeva küç. 8
19:00
Azərbaycan Dövlət Pantomima Teatrı
“Manqurt” (pantomim) müsabiqədənkənar
Müəllif Çingiz Aytmatov, rejissor Ceyhun Dadaşov
Azərbaycan Dövlət Pantomima Teatrı
Ünvan: Azadlıq pr. 75
29 NOYABR
10:00-11:00
Tamaşaların müzakirəsi
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, kiçik səhnə
Ünvan: Zərifə Əliyeva küç. 8
11:30-12:30
A.Şaiq adına Azərbacan Dövlət Kukla Teatrı
“Zəfər zəngi” (dram)
Müəllif Zahid Xəlil, rejissor Qurban Məsimov
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı
Ünvan: Neftçilər pr. 36
13:00-13:30
Salyan Dövlət Kukla Teatrı
“Sülh naminə birləşək” (pantomim tamaşa)
Müəllif və rejissor Laləzər Hüseynova
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı
Ünvan: Neftçilər pr. 36
16:00-17:00
Səhnə Teatrı
“Qurd əfsanəsi” (mono tamaşa)
Müəllif Xaqani Əliyev, rejissor Namiq Ağayev
Akademik Milli Dram Teatrı, böyük səhnə
Ünvan: Füzuli meydanı 1
18:00
S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı
“Mən, sən, o və telefon...” (bir hissəli fars) müsabiqədənkənar
Müəllif Anar, rejissor Ərşad Ələkbərov
S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı
Ünvan: Xaqani küç. 7
20:00
K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrı
“Kreyser sonatası” müsabiqədənkənar
Müəllif Lev Tolstoy, rejissorlar Levan Tsuladze, Temo Kuprava
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, böyük səhnə
Ünvan: Zərifə Əliyeva küç. 8
30 NOYABR
10:00-11:30
Tamaşaların müzakirəsi
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, kiçik səhnə
Ünvan: Zərifə Əliyeva küç. 8
12:00-13:00
Ustad dərsi
Yekaterina Mazmişvili
Tbilisi Beynəlxalq Teatr Festivalının art direktoru
Nutsa Burjanadze
Tbilisi Beynəlxalq Teatr Festivalının Beynəxalq proqram üzrə prodüseri
Mövzu: "Festivalın strukturu: çağırışlar, vəzifələr və perspektivlər"
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, kiçik səhnə
Ünvan: Zərifə Əliyeva küç. 8
15:00-16:30
Ustad dərsi
Levan Tsuladze
K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının bədii rəhbəri
Mövzu: “Qafqaz təbaşir dairəsi”
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, kiçik səhnə
Ünvan: Zərifə Əliyeva küç. 8
19:00
Bağlanış mərasimi
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
Ünvan: Zərifə Əliyeva küç. 8
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...