II “4.4 Qısa Tamaşalar Festivalı”: 5-ci günün xronikası
Tarix: 2022-11-29 19:54:00
Oxunma: 1741
Yazı ölçüsü
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının birgə təşkilatçılığı ilə keçirilən, “Şuşa ili”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı” (QTF) davam edir.
Festivalın beşinci günü ənənəvi olaraq münsiflər heyətinin ötən gün nümayiş olunan tamaşaların müzakirəsi ilə başladı. Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov, Xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli Gəncə Dövlət Kukla Teatrının “Dərdlərimin çamadanı“ və Cosmo Müstəqil teatrı “Mühacirlər” tamaşaları haqqında fikirlərini iştirakçılara çatdırdılar.
Gün ərzində seyrçilərə müsabiqə proqramı çərçivəsində A.Şaiq adına Azərbacan Dövlət Kukla Teatrının “Zəfər zəngi” (müəllif Zahid Xəlil, rejissor Qurban Məsimov), Salyan Dövlət Kukla Teatrının “Sülh naminə birləşək” (müəllif və rejissor Laləzər Hüseynova), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Səhnə Teatrının ”Qurd əfsanəsi” (müəllifi Xaqani Əliyev, rejissoru Namiq Ağayev) tamaşaları təqdim edildi. Festival iştirakçıları həmçinin, müsabiqədənkənar proqram çərçivəsində S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının “Mən, sən, o və telefon...” (müəllif Anar, rejissor Ərşad Ələkbərov) və Azərbaycan Dövlət Akademik Musiqili Teatrında K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının “Kreyser sonatası” (müəllif Lev Tolstoy, rejissorlar Levan Tsuladze, Temo Kuprava) tamaşalarını seyr etdilər.
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Samsun şəhərində keçirilən 8-ci Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatrın kollektivi festivalda görkəmli dramaturq Hüseyn Cavidin “A...
2001-ci ildə yaradılmış və 30 dil komitəsindən təxminən 300 mütəxəssisi birləşdirən EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi tərcümə vasitəsilə Avropa, Mərkəzi Asiya və Aralıq dənizi regionundan olan yeni pyeslərin ...
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...