II “4.4 Qısa Tamaşalar Festivalı”: 3-cü günün xronikası
Tarix: 2022-11-29 07:08:00
Oxunma: 2012
Yazı ölçüsü
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının birgə təşkilatçılığı ilə keçirilən, “Şuşa ili”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı” (QTF) davam edir.
Festivalın üçüncü günü münsiflər heyətinin ötən gün nümayiş olunan Qusar Dövlət Ləzgi Dram Teatrının “Poni” və Lənkəran Dövlət Dram Teatrının “Qanlı namə” tamaşalarının müzakirəsi ilə başladı. Müzakirədə Əməkdar İncəsənət xadimi, professor İsrafil İsrafilov, Xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov, Əməkdar İncəsənət xadimi, professor Aydın Talıbzadə, Əməkdar İncəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə, Əməkdar İncəsənət xadimi, professor Əli Əmirli bu tamaşalar haqqında fikirlərini iştirakçılara çatdırdılar. Müzakirələrdə həmçinin, tələbə teatrşünaslar Fatimə Qurbanzadə, Aynur Əsgərli və Ramilə Abdullazadə də çıxış etdi. Daha sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrının böyük səhnəsində Füzuli Dövlət Dram Teatrının “Tənhalığın evi” (müəllif Abdulla Elşadlı, rejissor Nicat Mirzəzadə), Azərbaycan Dövlət Pantomim Teatrında "Şinel" (müəllifi N.V.Qoqol, rejissoru Ceyhun Dadaşov), S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında “Maneken” (müəllif Firuz Mustafa, rejissor Raulya Türkkan) və Azərbaycan Dövlət Akademik Musiqili Teatrında müsabiqədənkənar proqram çərçivəsində rejissor İradə Gözəlovanın Cəlil Məmmədquluzadənin eyni adlı əsəri əsasında hazırladığı “Anamın kitabı” tamaşası nümayiş olunub.
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Samsun şəhərində keçirilən 8-ci Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatrın kollektivi festivalda görkəmli dramaturq Hüseyn Cavidin “A...
2001-ci ildə yaradılmış və 30 dil komitəsindən təxminən 300 mütəxəssisi birləşdirən EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi tərcümə vasitəsilə Avropa, Mərkəzi Asiya və Aralıq dənizi regionundan olan yeni pyeslərin ...
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...