II “4.4 Qısa Tamaşalar Festivalı”: 2-ci günün xronikası
Tarix: 2022-11-27 13:58:00
Oxunma: 2413
Yazı ölçüsü
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının birgə təşkilatçılığı ilə keçirilən, “Şuşa ili”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı” (QTF) davam edir.
Festivalın ikinci günü münsiflərin – Əməkdar İncəsənət xadimi, professor İsrafil İsrafilov, Xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov, Əməkdar İncəsənət xadimi, professor Aydın Talıbzadə, Əməkdar İncəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə, Əməkdar İncəsənət xadimi, professor Əli Əmirlinin ötən günün tamaşalarının müzakirəsi ilə başladı.\Daha sonra Qusar Dövlət Ləzgi Dram Teatrı rejissor Əliyar Əliyevin qazax dramaturqu Murat Kolqanatın eyni adlı əsəri əsasında quruluş verdiyi “Poni” tamaşasını təqdim etdi. Tamaşadan sonra Festivalın "Təcrübə proqramı" çərçivəsində Tbilisi Movement teatrının rejissoru İoseb Bakuradzenin “İmprovizə” mövsunda treninqi keçirildi. Daha sonra Lənkəran Dövlət Dram Teatrı müəllifi İlqar Fəhmi, rejissoru Tərlan Abdullayev olan “Qanlı namə” tamaşasını oynadı. Axşam saatlarında Azərbaycan Dövlət Yuğ Teatrının “Kloun Bizzz” (müəllif Matey Vişnek, rejissor Mikayıl Mikayılov) və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin “Püstə ağacı” (müəllif Maqsud İbrahimbəyov, rejissor Vaqif Əsədov) müsabiqədənkənar tamaşaları nümayiş olundu.
Festivalın ikinci günü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimovun tamaşaçılar arasında olması bu teatr bayramına dövlət səviyyəsində böyük marağın olduğundan xəbər verir.
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Samsun şəhərində keçirilən 8-ci Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatrın kollektivi festivalda görkəmli dramaturq Hüseyn Cavidin “A...
2001-ci ildə yaradılmış və 30 dil komitəsindən təxminən 300 mütəxəssisi birləşdirən EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi tərcümə vasitəsilə Avropa, Mərkəzi Asiya və Aralıq dənizi regionundan olan yeni pyeslərin ...
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...