TEATRO

TEATRO

sənət portalı

post-title

İBB Şəhər Teatrları səhnədən canlı yayıma başladı

İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları may ayından etibarən mədəni tədbirlərini sənətsevərlərə onlayn təqdim edəcək. Sözügedən tədbirlərdə tamaşaçıları aktyorluq sənəti üzrə keçirilən master-klasslar, İstanbulun mədəni həyatında önəmli rol oynayan sənət ustaları ilə aparılan müsahibələr, rejissor və aktyorların özünəməxsus yozumu və ifası sayəsində canlanmış, teatr tamaşaçılarının unuda bilmədiyi monoloqlar və bir çox digər səhnə fəaliyyətləri gözləyir.
May ayında Şəhər Teatrlarının “youtube” kanalı vasitəsilə sənətsevərlərə təqdim edəcəyi diskussiya və master-klass proqramları:
Emre Koyuncuoğlunun hər cümə günü saat 20:30-da hazırlayacağı “Teatr və Qadın+” layihəsinə 14 may tarixində dramaturq və təlimçi Ebru Nihan Celkan, 21 mayda dramaturq Matin Soofipour, 28 mayda isə aktrisa Viola Hasselberg qonaq kimi dəvət olunacaq.
Hər bazar günü 18:00-da keçirilən “10 klassik əsərdən 10 monoloq” adlı lahiyə üçün, 16 mayda Yiğit Sertdemirin rejissorluğu ilə Sevinç Erbulak, Aristofanın “Lisistrata”, 23 mayda Lerzan Pamirin rejissorluğu ilə Elçin Atamgüç, Vilyam Şekspirin “Kral Lir”, 30 may tarixində isə Orhan Alkayanın rejissorluğunda Selçuk Soğukçay, Bertolt Brextin “Qalileo” pyesindən olan monoloqları ilə səhnədə kamera qarşısına keçəcəklər.
19 may çərşənbə günü 15:00-da, Gənclik və İdman bayramı münasibətilə İBB Şəhər Teatrlarının bədii rəhbəri Mehmet Ergen və rejissor Lerzan Pamirin moderatorluğu ilə “Şəhərin gənc yazarları” adlı diskussiya, İBB Şəhər Teatrlarının Spotify hesabında nümayiş olunacaq.
22 may şənbə günü 15:00-da Aslıhan Kandemir ilə “Rola hazırlıq emalatxanası” adlı layihə təqdim olunacaq. Aktyorluq peşəsində rola hazırlanma texnikaları, nələrə diqqət edilməli olduğu və bu kimi müəyyən praktiki seminarlar haqqında aparılan ümumi dəyərləndirmələr, emalatxanada iştirak edənlərə çatdırılacaq.

Mənbə: Şehir Tiyatroları

Tərcümə edən: Cavanşir Qasımov

Load Time (S) : 0.007536