27 noyabr 2019-cu il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin Əməkdar incəsənət xadimi, şair, dramaturq, publisist, ictimai-siyasi xadim Hidayətin dramaturgiya və teatr sahəsindəki fəaliyyətinə həsr edilmiş “Hidayət və teatr” monoqrafiyasının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə Hidayətin teatr fəaliyyəti haqqında, o cümlədən İftixarın “APASTROF-A” mətbəəsində çapdan çıxan “Hidayət və teatr” monoqrafiyası haqqında məlumat verib. M.Əlizadə bildirib ki, bu monoqrafiya teatr və dramaturgiya ilə məşğul olan mütəxəssislər, müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də mədəniyyətimizlə maraqlanan oxucular üçün nəzərdə tutulub.
Sonra filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli, Xalq artisti, professor Ağakişi Kazımov, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev, şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qafqaz media” İctimai Birliyinin sədri Azadə Taleh Hüseynova, tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, pedaqoqika üzrə fəlsəfə doktoru, dosent Həsən Bayramov, filoloq, jurnalist Zərəngiz Mansurova, şair-nasir, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü İmir Məmmədli, Əməkdar artist, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Azad Şükürov, filologiya üzrə fəlsəfə doktoru, “Ziya İnformasiya Mərkəzi”nin direktoru Müşfiq Borçalı, Xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru Bəsti Cəfərovan, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin sədri Nərminə Ağayeva, şair-publisist, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə və sənətşünaslıq üzrə fəlsəfə doktoru Məlahət Ağayeva çıxış edərək monoqrafiya haqqında fikirlərini bölüşüblər.
Bildirilib ki, “Hidayət və teatr” monoqrafiyası Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndəsi Hidayətin dramaturgiya və teatr sahəsindəki fəaliyyətinə həsr olunmuş ilk tədqiqat əsəridir. Monoqrafiyada Hidayətin pyeslərinə quruluş vermiş müxtəlif üsluba malik rejissorların fərqli dəst-xətləri araşdırılmış, müqayisə edilərək, maraqlı mülahizələr irəli sürülmüşdür. Şairin dramaturgiyasının ötən əsrin ikinci yarısı və əsrimizin əvvəllərində milli teatrımızın sənətkarlıq səviyyəsinin yüksəldilməsində xüsusi rol oynadığı, eləcə də publisistika və teatr-estetik görüşlərininin Azərbaycanın ədəbi-ictimai, mədəni ələlərinin, milli mədəniyyətinin inkişafındakı əhəmiyyəti qeyd edilir.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...