- Qardaş, çamadanında nə aparırsan?
- (qəribə təbəssümlə) Unutmuşam.
- Bəs sən mənim nə apardığımı soruşmayacaqsan?
- Qardaş, bəs sən nə aparırsan çamadanında?
- (eyni anlaşılmaz əhvalla) Yadımda deyil...
("Yük. Uzaqda bir nəfər var" tamaşasından)
Allah bəndəsinə daşıya biləcəyi qədər "yük" göndərir. Amma bəzən elə olur ki, bəndə çiyinlərini daha qüvvətli sanıb onları daha ağır "yükün" altına verir. Bax, onda üzüntü, hətta faciə başlayır - çiyinləri "yükün" ağırlığına tab gətirməyən insan o "yükün" nədən ibarət olduğunu, var olub-olmadığını belə unutmağa çalışır.
Dövlət Pantomim Teatrı yeni "Yük. Uzaqda bir nəfər var" tamaşasının premyerasını keçirdi. Teatrın bədii rəhbəri və baş rejissoru, Respublikanın Xalq artisti Bəxtiyar Xanızadənin müəllifi və quruluşçu rejissoru olduğu səhnə əsəri qaranlıq, məchul, külək uğuldayan bir məkanda hər biri öz nisgilini, xiffətini, dilxorçuluq və uğursuzluğunu bir kəlmə ilə - "demədi", "fərsiz", "eşitmirəm" və s. kəlmələrlə yorulmadan, usanmadan təkrarlayan, çiyinlərində çamadan daşıyan insanların gah bir yerə toplaşması, gah da ora-bura vurnuxması ilə başlayır. Tədricən dialoqlar yaranır - səhnə növbəli şəkildə iki-iki söhbətləşən personajların ixtiyarına verilir; xanım personajların dialoqu xeyli dərəcədə emosional və dinamik olması ilə fərqlənir (bu da təbiidir). Dialoqlarda uğursuz məhəbbətdən, fərsiz oğuldan, hətta Nuh peyğəmbərdən, hələ avqustda yetişəcək meyvənin dadına baxmamağın umu-küsüsündən bəhs edilir. bəhs edilir İştirakçılardan yalnız biri səhnədə tək qalır, göndərilməyən məktublar onun müxtəlif ciblərində inildəyib-sızıldayıb məktub sahibini incidir, o da qiyyə çəkib onları ciblərindən çıxarır, yazıldığı anları xatırlayır, ağlaya-ağlaya büküb yerə tullayır, tənhalıqdan, səmimi, saf adamların yoxa çıxmasından gileylənir çamadanından isə bir yığın göndərilməmiş məktub tökülür.
Aydın məsələdir ki, bütün bu qısa həyat hekayələri, qırıq-qırıq xatirələr, giley-güzarlar sadəcə və yalnız ya çox böyük həyat faciəsinin zəif əks-sədası, ya da əslində bu dərəcədə pəjmürdə olmağa səbəb yaratmayan normal həyat çətinlikləridir, yetərdi ki, o çətinliklərdən qorxub qaçmayasan, təmkinli olub düzgün qərar qəbul edəsən. Personajları seyr və müşahidə etdikcə nədənsə məhz sonuncu yozumun varlığı daha qabarıq göründü mənə.
"Yük. Uzaqda bir nəfər var" tamaşası Bəxtiyar Xanızadənin tamaşaçıları ilə dərdləşməsidir. Amma bu dərdləşmə başlanğıcdakı bədbin ovqatda qalmır – tamaşanın əvvəlindəki uğursuzluq, bəxtsizlik, nigarançılıq, eşidilməzlik, anlaşılmazlıq nidalarının əksi, antonimi olan nikbin, sevincək nidalarla əvəzlənir. Uzaqdakı bir nəfər daha əlçatmaz olmur. Müstəqim və məcazi anlamlarda əlçatan, ünyetən məkanda və durumda olur. Nikbinlik o dərəcədə parlaq şəkil alır ki, Yevgeni Doqanın bütün dövrlərin və zamanların 200 ən yaxşı valsı siyahısına daxil edilmiş məşhur valsı bu səhnə əsərində adət etdiyimiz hüzn, həsrət, məyusluq, qırıqlıq assosiasiyalarının çərçivəsindən çıxarılıb hər bir normal insanın həyatının ən gözəl, ən nikbin dövrü olan uşaqlıq çağlarının əsrarəngiz gözəllyinin ifadəçisinə çevrilir.
Yaradıcı heyət, plastik həll üzrə rejissor Sahib Novruzov, rəssam Xəyyam Səmədov, musiqi tərtibatçısı Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Bəhruz Əhmədli, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Nuridə Musabəyli, Elnur Rzayev, Elxan Şahalıyev, Elmin Qiyaslı tamaşanın müəllifinin və quruluşçu rejissorunun tamaşada görmək istədiyi ilə özlərinin yanaşmalarını səliqə ilə uzlaşdıraraq və tərəf-müqabili etika və qaydalarına ən yüksək səviyyədə riayət edərək, hər biri özü olaraq tamaşaçılarla dərdləşdilər və uzaqdakı bir nəfərə doğru aparan yoldakı yoldaşlarına münasibətdə həssaslıq və qayğıkeşliyin vacib olduğunu bəlirtdilər.
Yazardan aid digər yazılar
Nə qədər "biz teatral xalq deyilik" desək də, deyəsən, əlahəzrət teatr Azərbaycanpərvər olduğunu hər dəfə yeni bir şəkildə sübut edir. Müşahidə və təhlillər o qənaətə əsas verir ki, teatr sənətimizdə davamlı yaradıcılıq axtar...
Gürcü yazıçısı, ssenariçisi və kinorejissoru Qoderdzi Çoxeli (1964-2007) "Küknarlara məktub" ibrətamiz hekayəsini, və ya pritçasını 1980-ci ildə qələmə alıb. 1986-cı ildə isə özü bu hekay...
Bu və ya digər personajın mükəmməl şəkildə canlandırılması artistin öz sənətinə, əsərin müəllif(lər)inə ən böyük sevgi və ehtiramının ifadəsidir. Xüsusən əgər söhbət Məhmənəbanu kimi mürəkkəb xarakterə, təzadlı...
"В смутное сие время, по казацким дворам шатался неизвестный бродяга, нанимаясь то к одному, то к другому хозяину и принимаясь за всякое ремесло".
Из история пугачёвского бунта. 8 глав. Глава вторая.
"Сей исторический отрывок...
Людям, небезразличным к театральному искусству всегда интересно узнать, как протекает театральная жизнь в других странах. И особенно в такой театральной стране, как Россия. Недавно нашу столицу посетила российский театровед, доктор искусствоведения, ...
“Tamaşaçılar teatra yaxşı pyeslərin yaxşı quruluşda oynanılmasnı seyr etmək üçün gedirlər, pyesin özünü görməkdən ötrü yox; pyesi mütaliə də etmək olar”.
A.N.Ostrovski.
...
II "4.4" Qısa Tamaşalar Festivalı
“Tamaşaçılar teatra yaxşı pyeslərin yaxşı quruluşda oynanılmasnı seyr etmək üçün gedirlər, pyesin özünü görməkdən ötrü yox; pyesi mütaliə ...
- Qardaş, çamadanında nə aparırsan?
- (qəribə təbəssümlə) Unutmuşam.
- Bəs sən mənim nə apardığımı soruşmayacaqsan?
- Qardaş, bəs sən nə aparırsan çamadanında?
- (eyni anlaşılmaz əhvalla) Yadımda deyil...
("Y&uu...
Biri vardı, biri yoxdu, dağlar qoynunda bir ailə kimi yaşayan azərbaycanlılarla gürcülər vardı. Əsrin iki çərəyi öncə Qaxda məskunlaşmış gürcü, Tbilisi Teatr Texnikumunun məzunu, Azərbaycan-gürcü, gürc&u...
I. Bizim daxilimizdə teatr necə yaranır
Teatr insan qədər qədimdir. O, sanki insanın əkizidir. Onlar bir-birindən ayrılmazdırlar; bundan əlavə, cilddən-cildə girmək bütün canlılara xas olan cəhətdir. İnsan odu kəşf etdi, Dionis...