Helen MİRREN
Teatr, kino və televiziya aktrisası
Helen Mirren səhnə və televiziya fəaliyyətində parlaq və rəngarəng ifası ilə bir çox önəmli mükafatlar qazanmış, dünyada ən tanınan və nüfuzlu aktrisalardan biridir. 2007-ci ildə “Kraliça” filmindəki roluna görə “Ən yaxşı aktrisa” nominasiyasında Oskar müfakatına layiq görülmüşdür.
“Bu il canlı tamaşa nümayişləri və artistlər üçün çox çətin dövr oldu, texniki işçilər və səhnə ustaları artıq qeyri-sabitliklə dolu bir peşə sahəsində mübarizə apardılar.
Yəqin ki, daima qeyri-sabit vəziyyətlə üzləşməkləri onlara bu pandemiya dövründən də alnı açıq, üzü ağ çıxmağa kömək etdi.
Onların təxəyyülü artıq bu yeni şəraitdə, əlbəttə ki, internet sayəsində ünsiyyət qurmaq üçün yaradıcı, əyləncəli və çevik üsullara keçməyə zəmin yaratdı.
Yer üzündə peyda olandan bəri insanlar bir-birilərinə əhvalatlar danışıblar. Biz bu dünyada olduğumuz müddət ərzində gözəl teatr mədəniyyəti yaşayacaq.
Dramaturqların, rəssamların, rəqqasların, müğənnilərin, aktyorların, musiqiçilərin, rejissorların yaradıcılıq şövqü heç vaxt boğulmayacaq və çox yaxın gələcəkdə yeni enerji və hamımızın birgə yaşadığı bu dünyanın yeni anlamı ilə inkişaf edəcəklər!
Səbrsizliklə gözləyirəm!”
Ötən illərin Beynəlxalq Teatr Günü ilə bağlı müraciətləri:
Karlos Seldranın Beynəlxalq Teatr Günü ilə bağlı müraciəti (2019)
Şahid Nadimin Beynəlxalq Teatr Günü ilə bağlı müraciəti (2020)
Tərcümə edən: Emin Əliyev
Oxşar yazılar
(Xalq artisti Şəfiqə Məmmədovanın kino yaradıcılığı barədə gəzişmələr)
Bu yaxınlarda psixologiya mövzusunda qələmə alınmış "60 saniyəyə insanı tanımaq sənəti" adlı maraqlı kitabı vərəqləyəndə "Qaraca qız" filmindən bir kad...
İsmayıl İman: "Yeni nəsli ənənəvi mövzu və problematika o qədər də maraqlandırmır”
Azərbaycan Teatrının yaranmasından 147 il keçir. 147 yaşlı teatrımızın ən başlıca problemlərindən biri müasir, yeni dram əsərlərinin yaz...
Yazıçı-dramaturq Ülviyyə Heydərovanın “Uşaqlıq” monopyesi Batumi Beynəlxalq Monodram Festivalında qalib gəlib.AZƏRTAC xəbər verir ki, əsər 26-27 oktyabr tarixlərində Gürcüstanın Batumi şəhərində keçiriləcək beynəlxalq festival çərçivəsində açıq havad...
Müstəqil Şah Mat Teatrı yanvarın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun "Ölüm məhbusunun son günü " əsərinin motivləri əsasında "Edama Məhkumun Son Günü" a...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
5 iyun
H.Mirələmov “Vəsiyyət” saat 19:00
6 iyun
İ.Şıxlı “Ölüləri qəbiristanlıqda basdırın” saat 19:00
7 iyun
V.Şekspir “12-ci gecə, yaxu...
Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr tarixində saat 19.30-da “Etüd” kafe-barında nümayiş olunacaq. İki personajın rol aldığı səhnə əsəri gənc reji...
Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev və teatrın əməkdaşı, teatr tənqidçisi Emin Əliyev 10-12 iyun arası Avropa Teatr Konvensiyasının (ETC) təşkil etdiyi beynəlxalq onlayn konfrans...
Hələ XVIII əsrdə səhnənin “ədəbiləşdirilməsi” tendensiyaları dominant mövqe tutmağa başladığı dövrdən bəri kifayət qədər güclü əks-təsirə rəğmən Almaniyanın savadlı əhalisi arasında tədricən teatr haqqında yeni təsəvv&...
Biri var idi, biri yox...
Biri az idi, biri çox...
Kiminin Adərbayqan, kiminin Absurdistan adlandırdığı balaca, bapbalaca bir ölkə var idi. Bu balaca ölkəni hərə bir yandan didişdirib, dartışdırıb, dürtüş...
TURKSOY Beynəlxalq Təşkilatının təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankara şəhərində görkəmli qazax şairi Abay Kunanbayevin 175 illiyinə həsr olunmuş "2020 – Abay Kunanbayevi anma ili" konsert proqramının təntənəli açılış mərasimi keçirilib. Türk Dünya...