20-22 may 2024-cü il tarixlərində keçirilən “Türk Dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı çərçivəsində baxdığımız əsərlərdən biri də T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının təqdimatında “Bernarda Albanın evi” (F.Q.Lorka) tamaşası oldu.
Festivalın “Ən yaxşı tamaşa”sı mükafatına layiq görülən bu əsər bir hissəli faciədir. Tamaşada hadisələr ikinci əri təzəcə ölmüş Bernarda Albanın (Arujan Jumabay) evində baş verir. Bu evdə Bernarda, nənə Mariya Xosefa (Ayım Onay), qızları Anqustias (Ayya Leçeva), Maqdalena (Tanırıs Toktarkızı), Ameliya (Madina Maydan), Martirio (Arujan Adilgerey), Adela (Aliya Turaxanova) və xidmətçi Ponsiya (Dariqa Zarkın) birgə yaşayırlar.
Səhnənin dekorasiyası altı ədəd kubdan və beş ədəd çərçivədən ibarətdir. Tamaşada dekorasiya minimalist olsa da, rejissor onlardan ustalıqla istifadə edə bilib. Ananın kiçik qızının (Adela - Aliyə Turaxanova) geyimindən başqa, səhnədə gördüyümüz bütün əlbisələr, eləcə də dekorlar ağ və qara rəngdədir. Rejisssor çərçivələrdən həm otaq, həm pəncərə, həm də elə adi çərçivə kimi istifadə etmişdir.
Tamaşanın əvvəli nənənin gərgin ruh halında səhnədə ora-bura qaçması ilə başlayır. Səhnənin önündə hadisələr baş verərkən işıq hər dəfə arxa planda qızlardan birinin üzərinə düşür. Tamaşanın əsas hissələrində belə arxa plan boş qalmır. Rejissor arxa planı da aktyor heyəti ilə doldurmağı bacarır. Çərçivənin içərisində hər bir qız fərqli hərəkətlər edir. Biri saçını darayır, biri güzgüdə özünə baxır, digərləri də bunlara bənzər hərəkətlər edirlər. Dekorlardan da göründüyü kimi, evdə hamı bir çərçivənin içərisində sıxışıb qalmışdır. Ananın mavi geyimli kiçik qızı Adela bu çərçivədən çıxmağa cəhd göstərsə də, bacarmır. Adela öldüyü zamanda belə içərisində qaldığı çərçivə onun qəbrinə, başdaşına çevrilir.
Pyesdə intihar edən Adela rejissor yozumunda istəmədən də olsa, anası tərəfindən öldürülür. Tamaşanın əvvəli gərgin başlayır və gələcək gərginliyə zəmin yaradır. Tamaşanın sonu gərginliklə bitsə də, əsas hissələrində hadisələr daha asta cərəyan edir. Hadisələrlə yanaşı, musiqinin də düzgün tempdə seçilməsi bizi gərgin ruh halında saxlamağa kömək edir.
Çərçivədən başqa iki ədəd ağ parça da tamaşada çoxfunksiyalı rekvizit kimi istifadə olunur. Burada aktyorlar bu parçadan bir çox məqamlarda, eləcə də personaja gəlinlik düzəltməkdə istifadə edirlər. Əsas məqamlarda çərçivələrin işıq vasitəsilə qırmızı göstərilməsi tamaşaya başqa bir rəng qatır.
Tamaşanın sonuna yaxın kiçik qız Adela ölür və bu dəfə qızının istəmədən qatilinə çevrilən ana qızları tərəfindən çərçivəyə salınır. Sonda qızlar içərisində həbs olunduqları çərçivələri tunel formasında düzür və hamısı o tuneldən çıxmağı bacarır. Təzim səhnəsində Bernarda vaxtı ilə bütün ailəni saldığı, indi isə qarşısında onun özünə maneə olan çərçivələri dağıdır və bizimlə sağollaşır.
Müəllifin digər yazıları
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...