Gözlənilən tamaşa premyeradan sonra ilk dəfə
Xəbər verdiyimiz kimi 30 iyun tarixində Akademik Milli Dram Teatrının səhnəsində "Şükriyyə" tamaşasının premyerası keçirilib. İki aylıq məzuniyyətdən sonra tamaşa növbəti nümayişi ilə mövsüm...
Xəbər verdiyimiz kimi 30 iyun tarixində Akademik Milli Dram Teatrının səhnəsində "Şükriyyə" tamaşasının premyerası keçirilib. İki aylıq məzuniyyətdən sonra tamaşa növbəti nümayişi ilə mövsümün açılışını səbirsizliklə gözləyən teatrsevərlərin görüşünə gələcək. Səhnə əsəri premyeradan sonra ilk dəfə 22 sentyabr 19:00-da təqdim olunacaq.
Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan eyniadlı tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı, repressiya qurbanı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır.
Səhnə işinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Rollarda xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Münəvvər Əliyeva , Mehriban Xanlarova, Vəfa Rzayeva və başqaları ifa edirlər. Yaradıcılıq işinin səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır.