90 illik yubiley tədbirinə hazırlaşan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir tamaşanın premyerası olacaq.
Mətbuat xidmətindən aldığımız məlumata görə, dekabrın 19-da teatrın repertuarındakı ən baxımlı və sevilən səhnə işlərindən olan “Göyçək Fatma” tamaşası tam fərqli quruluş və səhnə tərtibatında yenidən balaca tamaşaçıların ixtiyarına veriləcək.
Bildiyiniz kimi, eyni adlı məşhur Azərbaycan xalq nağılı əsasında Kəmalə Ağayevanın səhnələşdirdiyi “Göyçək Fatma” nağıl-pyesi Kukla Teatrının repertuarında bir neçə dəfə hazırlanıb. Budəfəki quruluşa gəlincə nümunəyə çağdaş teatr estetikası və üslubunda yanaşılmaqla vizuallığı daha da artırılıb.
Mərhum dramaturq Rəhman Əlizadənin səhnə versiyası saxlanılmaqla ərsəyə gələn tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib.
Köhnə quruluşdan fərqli olaraq bu dəfə texniki baxımdan daha çoxfunksiyalı, həcmli və rəngarəng alınan tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubovadır.
Görkəmli uşaq bəstəkarı Oqtay Zülfüqarovun tamaşaya yazdığı musiqiləri də saxlayan yaradıcı heyət uşaqlar üçün maraqlı, rəngarəng musiqili həllə nail olublar.
Bir saatlıq interaktiv səhnə işində quruluşçular klassik kukla teatrı ənənələri ilə müasir animasiyanın funksionallığını sintez etməyə, balacalar üçün sürətli keçidlərlə daim hərəkətli (dekor və kuklaların əksəriyyəti fərqli personajlara çevrilə bilirlər) quruluşu təmin ediblər.
Mövzu olaraq yaxşının daim qalib gələcəyini, səbrin mükafatla nəticələnəcəyini tərənnüm edən səhnə işinin rejissoru personajların bir neçəsini komik oyuna cəlb etməklə ümumi ovqatı daim yüksək tutmağa, tamaşanın tempotirmini bu yolla saxlamağa çalışıb.
Birhissəli uşaq tamaşasında rolları aparıcı səhnə ustaları Cəmilə Allahverdiyeva, Aygül Ağayeva, Ülviyyə Əliyeva, aktyorlar Ramiz Qəmbərov, Yasin Abbasov, Nərmin Əhmədova, Yusif Baxşəliyev ifa edirlər.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...