2 fevral - Azərbaycan Gəncləri Günü Akademik Milli Dram Teatrında qeyd olunub. Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov əlamətdar gün münasibətilə gəncləri təbrik edib. O, qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Məhz bu sərəncama əsasən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda bu gün təntənəli şəkildə qeyd edilir.
Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın gənclərə diqqət və qayğısı bütün sahələrdə, o cümlədən, mədəniyyət sahəsində özünü ən yüksək səviyyədə göstərir. Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə gənclərə öz potensiallarını reallaşdırmaq üçün imkan yaradır. Gənc aktyor və rejissorlar teatrın tanınmış sənətkarlarının qayğısı ilə onlarla çiyin-çiyinə çalışır, müxtəlif uğurlu işlərə imza atırlar.
Uğurlu fəaliyyətlərinə görə Xədicə Novruzlu, Lalə Süleymanova, Nəzrin Abdullayeva, Tural İbrahimov, Elsevər Rəhimov, Kənan Hüseynov, Fərid Qarayev, Elçin Nurəliyev, Əliulla Vəliyev, Muhuma Sahov, Rəbbilə Ələkbər-zadə, Rəvan Səmədov, Xədicə Novruzlu, Əli Nurzadə, Məmməd Məmmədli, Nicat İsgəndərli, Nihad Aslan, Rüfət Əhmədov və “Əsa” Teatrında uğurlu fəaliyyətinə görə Elvin Mirzəyev, Səmayə Qulamzadə mükafatlandırılıb.
Daha sonra Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov ittifaqın təsis etdiyi “Ümid” mükafatını gənclərə təqdim edib. Tural İbrahimov, Gülarə Məmmədova və Fuad Cavadzadə Azərbaycan Teatr Xadimləri İttifaqının “Ümid” mükafatı ilə təltif olunub.
Müəllifin digər yazıları
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində SABAH qruplarının “Aktyor sənəti” ixtisası üzrə IV kurs tələbələrinin diplom işi olan Uilyam Şekspir...
2 fevral - Azərbaycan Gəncləri Günü Akademik Milli Dram Teatrında qeyd olunub. Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov əlamətdar gün münasibətilə gəncləri təbrik edib. O, qeyd edib ki, ümummilli li...
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində dramaturgiya müsabiqəsi üçün Azərbaycan dilində pyeslərin qəbulu müdd...
Məhəmməd Əmin Rəsulzadə görkəmli dövlət xadimi olaraq siyasi-ictimai fəaliyyəti ilə yanaşı elmi, publisist, yazıçı, tərcüməçi, şair, dramaturq, jurnalist istedadı ilə də fərqlənmişdir.
...
Batmış şəhərin yox, batmağa razı olan insanların hekayəsi
- Niyə yaşamaq istəyirsiniz?
- Unutmuşam...
Üzü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə doğru gedirəm. İmtahan günüdür. Sabah Mərkəzini...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 10 Mart - Milli Teatr Günü və 27 Mart - Beynəlxalq Teatr Gününə həsr olunmuş “Teatr 2.0: Ruh və kod” adlı Beynəlxalq Tələbə Elmi Konfransı keçirilə...
Naxçıvan Dövlət Milli Dram Teatrında həyata keçirilən “Aktyor məşqləri” adlı ustad dərsləri əsasında hazırlanan “Şüuraltı Kölgələr” psixodramatik tamaşasının premyerası baş tutub.
10 yanvar tari...
Preambula.
“Klinik A” teatr laboratoriyası ənənəvi teatr anlayışından köklü şəkildə fərqlənir. Bu, aktyorun, dramaturji materialın və ya rejissor dominantlığının əsas olduğu bir teatr deyil. Burada tamaşaçı psixol...
Dekabrın 24-də Bakıda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Bu münasibə...
Şota Rustaveli adına Gürcüstan Milli Teatrı ilə bağlanmış əməkdaşlıq haqqında Memorandumun üçüncü mərhələsinin icrası ilə bağlı bu teatrın Baş rejissoru David Sakvarelidze Akademik Milli Dram Teatrının qonağıdır.
De...