Gəncə Dövlət Kukla Teatrı Estoniyanın Vilyandi şəhərində keçirilən “Teatr çamadanda” 24-cü Beynəlxalq Kukla tamaşaları festivalında iştirak edib. Pandemiya dövrünün tələblərinə uyğun şəkildə keçirilən Festival 16-19 sentyabr tarixində baş tutub.
Latviya, Litva, Moldova, Ukrayna, Estoniya kimi ölkələrin iştirak etdiyi festivala Gəncə Dövlət Kukla Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə qatılıb. Festivalın ilk günü təntənəli açılış mərasiminin iştirakçısı olan Teatr sentyabrın 17-də Hans Xristian Andersenin “Düyməcik” nağılı əsasında hazırladığı tamaşanı seyrçilərə təqdim edib. Estoniyalı tamaşaçıların maraqla izlədiyi tamaşasının quruluşçu rejissoru Şamil Məmmədli, kuklaçı rəssamı Təranə Cəfərova, dekorator rəssamı Sara Məmmədovadır. Rolları Azərbaycanın Fəxri Mədəniyyət işçiləri Səməd Xanəhmədov, Nahidə Namazova və gənc aktirisa Nərmin Şərifova ifa ediblər.
Tamaşadan sonra festivalın sədri Altmar Loris səhnəyə çıxaraq Gəncə Dövlət Kukla Teatrının yaradıcı heyətinə festivalın diplom və kubokunu təqdim edib. Kollektivə təbriklərini çatdıran A.Loris pandemiyanın yaratdığı çətinliklərə və uzunmüddətli fasilyə baxmayaraq Gəncə Dövlət Kukla Teatrının festivalda iştirakına şərait yaratdığına görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə öz minnətdarlığını bildirib.
Leyla Hüseynzadə
Müəllifin digər yazıları
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi münasibəti ilə “ADMİU 99+” layihəsi çərçivəsində “Dünya və teatr Qodonu gözlərkən” adlı beynəlxalq elmi konfrans ke&cce...
Qara dənizin Efesi adı ilə məhşur olan Prusias Ad Hypiumda 2 min il sonra ilk dəfə teatr tamaşası oynanılıb. Tamaşa eramızdan əvvəl 3-cü yüzilliyə aid Prusias Ad Hypiumda uzun müddətdir aparılan arxeoloji qazıntılardan sonra baş ...
“…Klassiklərimizin həyat hekayətlərindən məlum olur ki, onların əksəriyyəti sanki səhnə üçün doğulublar. Müqayisə edilməyəcək dərəcədə bir-birindən güclü sənətkarlarımızın sənət aşiqliyinin bəhrəsidir ki, ...
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində teatrşünas, AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlə...
Gəncə Dövlət Kukla Teatrı Estoniyanın Vilyandi şəhərində keçirilən “Teatr çamadanda” 24-cü Beynəlxalq Kukla tamaşaları festivalında iştirak edib. Pandemiya dövrünün tələblərinə uyğun şəkildə ke...
Theodor Fontane deyirdi ki, “başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir”. Dramaturqları bu baxımdan xoşbəxt insan hesab edirəm. Çünki onlar başqalarının həyatından dərs almaqla yanaşı, şahid olduqları hadisəl...
“Öyrətmək olmasın” adlı YouTube layihəsinin növbəti buraxılışı yayımlanıb. İlk buraxılışından geniş tamaşaçı auditoriyası qazanan, ideya müəllifi və rejissoru Elvin Rüstəmzadə, operatoru Sübhan Quluzadə ola...
Məşhur “Game of Thrones” (“Taxt-tac oyunları”) teleserialının yaradıcısı Corc R.R. Martin özünün fantastik kitab seriyasının əsasında teatr tamaşası hazırlayır.
“Buz və Alovun nəğməsi” romanlar si...
“Öyrətmək olmasın” adlı yeni YouTube layihəsinə start verilib. Layihənin ideya müəllifi gənc rejissor Elvin Rüstəmzadə, operatoru Sübhan Quluzadədir.
Artıq ilk buraxılışı yayımlanan layihə müəllim və tələbələrin ...
Bildiyiniz kimi, artıq bir ildir, Azərbaycanda koronavirus pandemiyası səbəbilə teatr-konsert müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb. Buna görə də teatrlar ötən ilin aprel ayından etibarən, tamaşalarını onlayn platformalar v...