TEATRO

TEATRO

sənət portalı

post-title

Gəncə Dövlət Dram Teatrı Türkiyədə festivalda iştirak edəcək

Gəncə Dövlət Dram Teatrı 16-26 may tarixlərində T.C. Trabzon şəhərində keçirilən  23.Uluslararası Karadeniz Tiyatro Festivalında E.İoneskonun "Kral ölür" tamaşası ilə çıxış edəcək. Teatr festivalda Ankara, İstanbul, İzmir, Ərzurum, İtaliya, Norveç, Bolqarıstan və Qazaxıstandan dəvət almış dövlət teatrları ilə eyni səhnəni paylaşacaq. Tamaşanın quruluşçu rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Tamaşada rolları əməkdar artistlər Elxan Abbasov, İlham Hüseynov, Sevda Orucova, Kəmalə Məmmədova, aktrisa Günay Cabbarova və aktyor Ruslan Hüseynov ifa edir.

Load Time (S) : 0.005421