TEATRO

TEATRO

sənət portalı

post-title

Gəncə Dövlət Dram Teatrı Beynəlxalq festivalda iştirak edir 

Gürcüstanın Özurgeti şəhərində "Nodar Dumbadze Beynəlxalq Teatr Festivalı"nın təntənəli açılış mərasimi olub. Bu barədə Gəncə Dövlət Dram Teatrının ədəbi-hissə müdiri Anar Burcəliyev məlumat verib. 

Onun sözlərinə görə, mərasimdə Gürcüstanın Mədəniyyət naziri Tea Culukiani, Gürcüstan Teatr Xadimləri İttifaqının sədri Qoqia Qeqiçkori, Gürcüstan parlamentinin deputatları, şəhər meriyası və dövlət rəsmiləri iştirak ediblər.

“Beynəlxalq münsiflər heyətinin tərkibində Azərbaycanı Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı təmsil edir. Bununla yanaşı, cari ilin 11-15 iyul tarixlərində Avrasiya Teatrlar Birliyi Özurgeti şəhərində özünün növbəti toplantısının da keçirilməsini planlaşdırır. Elə bu məqsədlə Birliyin Azərbaycan təmsilçisi olan Gəncə Dövlət Dram Teatrının aktyoru Yusif Cəfərov sözügedən festivala səlahiyyətli nümayəndə olaraq dəvət alıb”. - o bildirib.

Load Time (S) : 0.003262