TEATRO

TEATRO

sənət portalı

post-title

Gənc vokalçı Afaq Abbasova İtaliyaya dəvət olunub

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist, Respublika Prezidenti mükafatçısı və "Humay" milli mükafatı laureatı Afaq Abbasova opera sənətinin beşiyi İtaliyaya dəvət olunmuşdur.

Opera və Balet Teatrının mətbuat xidmətindən verilən məlumata görə, gənc vokalçımız bir neçə həftə idi ki, İtaliyanın Triyest şəhərinin Cüzeppe Verdi adına Opera Teatrında həyata keçirilən xüsusi layihədə iştirak edirdi. Bu teatrda ilk dəfə italyan bəstəkarı Ottorino Respicinin "Al Mulino" (libretto müəllifi Alberto Donini) operasının quruluşu ilə bağlı layihə həyata keçirilirdi. Layihənin rəhbərlərindən olan dirijor Fabrizio Da Ros vokalçımıza  əsas partiyanın - Aniuska partiyasının ifasını həvalə etmişdi.  Qeyd edək ki, bu partiyanın ifası üçün dünyada tanınmış daha bir neçə ifaçı dəvət olunmuşdu.  Məşq prosesində məhz Afaq Abbasova öz peşəkar ifası ilə daha çox bəyənilmiş və onun layihədə iştirakı təsdiq olunmuşdur.

Artıq "Al Mulino" operasının audio diskinin yazılışı başa çatmış və həmin disk dünyanın bir çox opera teatrlarına göndəriləcəkdir.

Tamaşanın premyerası 2022-ci ildə baş tutacaq və Afaq Abbasova premyerada iştirak edəcəkdir. Vokalçımızın ifası C.Verdi adına Teatrın direktoru tərəfindən də yüsək qiyməyə layiq görülmüşdür.

Load Time (S) : 0.004909