21 iyun 2023-cü il tarixində Yunanıstanın Elefsina şəhərində “2023 Elefsina - Avropa Mədəniyyət Paytaxtı” proqramı çərçivəsində Festival Akademiyasının "Mystery 45. Gənc Festival Menecerləri Atelyesi" öz işinə başlayıb.
7 günlük təlim proqramı iyunun 27-dək davam edəcək. Proqramın əsasını dünyanın müxtəlif ölkələrindən gələn festival təşkilatçıları və sənət adamlarının festivalların müasir dünyadakı rolu haqqında geniş müzakirələr aparması təşkil edir.
Ölkələrarası mədəni əlaqələrin inkişafı, festival təşkilatçıları arasında gələcək əməkdaşlıq və fikir mübadiləsini təşviq etmək üçün unikal imkan yaradan layihədə festivalların davamlılığı, kurator modelləri, bədii əməkdaşlıq və həmrəylik, fandrayzinq, teatr sahəsində texnoloji yeniliklər, irqi və cinsi bərabərlik, festival və təşkilatların deklonoziyası kimi bir sıra qlobal mövzuların müzakirəsi nəzərdə tutulub.
Atelyedə Azərbaycan da daxil olmaqla 22 ölkədən - Banqladeş, Bolqarıstan, Kanada, Danimarka, Konqo Demokratik Respublikası, Misir, Yunanıstan, Haiti, Hindistan, İsrail, İtaliya, Keniya, Koreya, Livan, Böyük Britaniya, Nigeriya, Filippin, Seneqal, Cənubi Afrika, Ukrayna, Zimbabvedən nümayəndələr, festival təşkilatçıları iştirak edir.
Tədbirdə ölkəmizi teatrşünas Emin Əliyev "4.4 Qısa Tamaşalar Festivalı" layihəsi ilə təmsil edir.
Qeyd edək ki, Festival Akademiyası Avropa Festivallar Assosiasiyasının təşəbbüsü ilə yaradılıb və Açıq Cəmiyyət Fondu və Avropa Birliyi tərəfindən dəstəklənir.





Müəllifin digər yazıları
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...