Xəbər verildiyi kimi Nicat Mirzəzadə Füzuli Dövlət Dram Teatrına baş rejissor təyin edilib.
Qısa arayış: Nicat Qərib oğlu Mirzəzadə 1991-ci il fevralın 14-ü İmişli rayonunda doğulub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissorluğu fakültəsinə qəbul olub. 2012-ci ildə ixtisası üzrə fərqlənmə diplomu ilə ali təhsilini başa vurub. 2014-2021-ci illərdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında quruluşçu rejissor vəzifəsində fəaliyyət göstərib. 2021-2024 cü illər arasında Füzuli Dövlət Dram Teatrında quruluşçu rejissor kimi çalışıb. 2024 cü il noyabrın 1 dən Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimlinin sərəncamı ilə işlədiyi teatra baş rejissor vəzifəsinə təyin olunub.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Müxtəlif illərdə gənc yazar kimi Prezident təqaüdünə (2020), Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən “Ümüd” mükafatına (2022), eləcə də teatr sahəsində uğurlu fəaliyyətinə görə Prezident mükafatına (2023-2024) layiq görülüb.
Nicat Mirzəzadənin söylədiyinə görə:
“Təbii ki, hər bir rejissorun öz dəsti-xətti olmalıdır. Öz üslubunu formalaşdırmalı, öz konsepsiyasını qurmalıdır. Düşünürəm ki, bunları həyata keçirmək üçün kifayət qədər vaxtım və lazım olan resurslarım artıq var. Bəli, etiraf etmək lazımdır ki, çətin olacaq. Çünki, əvvəlkindən daha çox zəhmət və enerji lazımdır. İşin arxayın olduğum tərəfi üç ilə yaxın hazırda baş rejissoru olduğum teatrda quruluşçu rejissor olaraq çalışmağımdır. Bu müddət ərzində nəzərdə tutduğum əsas məsələlərin təməlini qurmuşam.
Nəzərinizə çatdırım ki, teatrın çox zəhmətkeş yaradıcı və texniki bazası var. Ən əsası isə mənə inanırlar. Bu çox vacibdir. Hətta deyərdim işin 50 faizidir. Teatrın rəhbəri əməkdar mədəniyyət işçisi Vaqif müəllim, hər bir yaradıcı planımıza sayğı ilə yanaşır və əlindən gələni əsirgəmir. Xüsusi qeyd etmək istəyirəm ki, Mədəniyyət Nazirliyinin diqqətini hər zaman hiss edirəm və təcrübədə əyani sübutları var. Çalışacam ki, etimadı doğruldum. Komandanı formalaşdırmaq məsələsinə gəldikdə isə bir neçə plan üzrə çalışıram. Hesab edirəm ki, xüsusən dövlət teatrı vahid rejissura ilə kifayətlənməməli, müxtəlif yaradıcı münasibətlərlə tanış olmalıdır. İlkin mərhələdə ölkənin müxtəlif peşəkar rejissorları teatrımızın yaradıcı prosesinə qoşulmalıdırlar. Bu teatrın hər tərəfli inkişafında mühüm rol oynayacaq. Əlbəttə, burada mənim seçimlərim özünü biruzə verəcək. Çünki, üzərində çalışdığım konsepsiyanı dağıtmaq olmaz. Yəni bir növ truppa mənim yaradıcı prinsiplərimə yadlaşmamalıdır. Dəvət olunan rejissorlarla fikri və praktiki yaxınlığımız olmalıdır. Bu çox həssas məsələdir. Zamanla hər şey aydınlaşacaq.
Növbəti mərhələ mütəmadi olaraq daxili və xarici festivallara çıxış əldə etməkdən ibarətdir. Dünya görüşümüz zəngin olmalıdır. Digər planları hələ ki, demək istəmirəm. Çünki, şəraitə uyğun davranacağıq. Çox çalışmaq lazımdır. Özümüzə səhv etmək hüququ tanıyırıq. Böyümək üçün bu vacibdir. Bu da nəticənin hesablanması üçün alternativ üsulumuz olacaq. Prosesimizin ümumiləşmiş işçi adı “mən teatram” kontekstində şərtlənəcək. Mənim fərd olaraq işimə münasibətim fiziki mahiyyətdən kənardır. Deyərdim ki, yaşam fəlsəfəsidir...”
Bu fikirlər yeni təyin olunmuş baş rejissorun güclü yaradıcı vizyonu və rəhbərlik etmə bacarıqlarını göstərməklə yanaşı, həm də uzunmüddətli inkişaf və tərəqqi yönündə strateji planlar qurduğuna işarə edir. Biz isə buna yalnız sevinə və gənc rejissora bu çətin işində uğurlar arzulaya bilərik!
Tələbə-teatrşünas Lamiyə Zeynalova
Müəllifin digər yazıları
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...