Sivilizasiya nədir? Necə yaranıb? Dünyanın yaranması ilə bağlı müxtəlif dinlərdə, ideologiyalarda fikir ayrılıqları var. Lakin elmin bizə dediyi “dünyanın yaranması” modelini əsas götürsək, elmə görə, dünya “böyük partlayış”dan sonra yaranıb. Geoxronoloji şkalaya baxsaq, dünya öz başlanğıcını Katarxey erasından götürür. Bəşəriyyətin yaranması isə Kaynozoy erasının “dördüncü dövr”nə təsadüf edir. Dördüncü dövr Yerin indiki formaya düşməsi, onun təbiətinin formalaşası, insanın meydana gəlməsi, yəni bəşəriyyətin yaranması və onun inkişafı ilə bağlı olan mərhələdir.
Bəşəriyyət fəaliyyətinin hissələrindən biri də “sivilizasiya”dır. Cəmiyyətin intellektə, sosial ədalətə, mədəni dəyərlərə və müəyyən texnologiyaya əsaslanan tarixi inkişaf mərhələsi – sivilizasiya adlanır. Bu anlayış, XVIII əsrdə Avropada meydana çıxmışdır. Termin olaraq, həmin əsrin 60-cı illərində Şotland filosofu Adam Ferquson tərəfindən irəli sürülüb, XVIII-XIX əsrlərdə Avropa elmində bəşəriyyət tarixinin keçdiyi 3 dövrün ən yüksək mərhələsini ifadə etmək üçün işlədilmişdir - bu dövrlər vəhşilik, barbarlıq və sivilizasiya olaraq bölünür.
Sivilizasiya bir qavram olaraq, ümumbəşəri mahiyyət kəsb edir və “mədəniyyət”in sinonimi kimi işlədilərək, dağıdıcılığa, vəhşiliyə - barbarlığa qarşı qoyulur. Mədəniyyət isə sivilizasiyanın inkişaf səviyyəsinin göstəricisi kimi çıxış edir. Mədəniyyət, insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərlərdir. Canlılar arasında yeganə varlıq insandır ki, mədəniyyət yaratmaq potensialına qabildir.
İnsanlar daş dövründən etibarən artıq müxtəlif ərazilərdəki - dağlardakı, düzənliklərdəki mağaralarda yaşamağa başlamışlar. Ən qədim insan işarəli dil sistemindən səsli nitqə keçir, bununla da ağıllı insan yaranır. Heyvanlardan qorunmaq, yeməyi bişirmək üçün od kəşf edilir, heyvan, balıq ovlamaq üçün daşdan, sümükdən ox, kaman, nizə kimi alətlər yaranır. Yığıcılığın əsasında əkinçilik yaranır, ovçuluğun əsasında maldarlıq və s. Bütün bunlar insanların həyatda qalmaq üçün atdığı addımlardır.
Onu da bilirik ki, qədim dövrlərdən etibarən müxtəlif təbiət hadisələrinə, totemlərə inam olmuşdur. Bu inanclar zamanı ayinlərin də keçirilməsi bizə bəllidir. Həmin dövrdə qaya üzərindəki qədim insanların ovsun-totem inamlarını, rəqslərini özündə əsk etdirən fiqurlar, ayinlərin indiki dinlərin, ideologiyaların və teatrın yaranmasında özül rolu oynadığını demək üçün bizə əsas verir.
Yunanca “teatron”, yəni “tamaşaçı üçün yer” sözündən olan teatr – incəsənətin sintetik növlərindəndir, yəni burada həm görmə, həm də eşitmə eyni məkanda qavranılır və özündə bir neçə incəsənət növlərini birləşdirir, məsələn, təsviri sənət, bədii ədəbiyyat, musiqi, rəqs.
Teatr bildiyimiz kimi yaşama sənətidir, canlı və sadəcə, indi var olan hadisələrdən ibarətdir. Teatr yalnız indiki zamanda mövcuddur. Bu gün baxdığımız tamaşaya sabah eyni fərahlıqla baxa bilmərik.
Keçmiş dövrlərə nəzər salsaq görərik ki, sivilizasiya tədricən inkişaf edirdi. İnsanları bilikli olmağa, cahillikdən, barbarlıqdan uzaqlaşmağa səsləyən teatr, yeni ağıllı nəsil yaratmaq üçün əlindən gələni edirdi.
Bir də XX əsrə, bu əsrdə insan həyatında baş verən dəyişikliklərə nəzər yetirək. Böyük dünya müharibələri insanların həyatında ciddi dəyişiklərə səbəb oldu. Bu zaman kəşf olunan yeni növ silahlar, qurğular, xüsusi cihazlar; I dünya müharibəsindən sonra incəsənətdə baş verən misilsiz yüksəlişlər; müharibələrin incəsənətə, bədii ədəbiyyata təsiri; kinonun, televiyanın, radionun, kinoteatrların yaranması; kompüterlər, telefonlar, internet – bu kəşflər indiki dünyamızın ayrılmaz bir parçasına çevrilib. Ancaq bir məqama da diqqət etməliyik: “sivilizasiyanın inkişafı nəticəsində nə baş verdi?”
Sivilizasiya inkişaf etdi və əvvəllər toplumdan qorxmayan insan tənhalığa, evlərə qapanmağa başladı. Sivilizasiya inkişaf etdi və öncələr eyni regionda yaşayan insanların hər biri teatra həm vaxt keçirmək üçün, həm yeni informasiyalar, yeni mədəniyyətlər tanımaq üçün gedərdilərsə, hazırda hamılıqla getdiyimiz teatr bizim üçün o qədər də əhəmiyyət kəsb etmir. Səbəbi isə aydındır: informasiya vasitələrinin çoxluğu, istədiyimiz məlumatı anındaca tapa bilmək imkanı, komfortumuz və təhlükəsizliyimiz.
Abraham Maslou 1943-cü ildə öz “İnsan motivasiyası haqqında nəzəriyyə” (“A Theory of Human Motivation”) adlı məqaləsində “Ehtiyaclar piramidası”ndan bəhs edir. Dediyimiz bu piramida 5 pillədən ibarətdir:
fizioloji,
təhlükəsizlik,
aid olma-sevgi,
hörmət
özünü reallaşdırma.
Fizioloji dedikdə, insana lazım olan qida, su, hava, istilik və s. kimi faktorlar, təhlükəsizlik dedikdə isə, sağ qalma, sağlamlıq, iş, sığınacaq, haqq və hüquqlar nəzərdə tutulur. Məsələ burasındadır ki, “Ehtiyaclar piramidası”na görə, bir insan bu 5 pillənin hansına aid ehtiyacları qarşılamağa çalışırsa, onun şəxsiyyəti də o kateqoriyaya aiddir. İnsanın alt pillədəki ehtiyacları qarşılanmadığı təqdirdə bir üst mərtəbəyə qalxa bilmir. Yəni, ac, susuz olan insandan musiqi tarixi və ya hər hansı bir romanı oxuyaraq istirahət etməsini gözləmək məntiqli deyil.
İndi də, gəlin, bu piramidanın müstəvisində çağdaş dövrdə siviliziyasıyaya ayaq uydurmağa çalışan insanın həyatına diqqət yetirək.
Dəyişən dəyərlər var. Sivilizasiya inkişaf etdikcə, içərisində yaşadığımız cəmiyyətin sosial-mədəni dəyərləri də dəyişir. Cəmiyyət daxilində birlik olmaq dəyərləri var idisə, indiki zamanda insanlar öz ailələrindən, öz dəyərlərindən uzaqlaşaraq sosiallaşmağa çaba göstərirlər. Sosiallaşmağın pik həddində insan asosiallaşır. Bu addım insanı cəmiyyətə yaxınlaşdırdığı kimi, həm də ondan uzaqlaşdırır. İnsan eyni zamanda, insanlara həm uzaq, həm də yaxın olur. İnsan özündən qaçır. İnsan tələsir. İşə, dərsə, bəzən də səbəbini bilmədiyi yerlərə tələsir zamana baxmadan. Zaman isə axıb getməkdə davam edir.
Sivilizasiya yerində dayanmır və insanı özü ilə sürükləyir. Şəhərlər böyüyür, yeni torpaqlar kəşf olunur, insanların sayı artır. Elm günü-gündən inkişaf edir; hətta içində yaşadığımız sivilizasiya ilə kifayətlənməyib, başqa sivilizasiyalar axtarırıq. Toplumlar artıq yeni nəsil telefonlarda uzaq məsafələrdən bir-biri ilə asanlıqla əlaqə saxlaya, mesajlaşa, hətta distant təhsil belə ala bilir. Müasir sivilizasiya insanın həyatını rahatlaşdırmaq məqsədi güdür. Ona görə də biz daha çox qısa, lakonik məlumatlara yiyələnmək istəyirik. Texnologiya dünyasının günü-gündən güclənməsi nəticəsində artıq bir çox işlərdə insanları robotlar əvəz etməyə başlayıb. Bununla da bəzi sahələrdə insan əməyinə ehtiyac qalmayıb. Uzun sözün qısası, artıq “robotlar insanları yeyir”.
Əvvəl bizi cahillikdən qurtarmağa çalışan, elmə, savada yiyələnmək ideyalarını aşılayan teatr indi bizi təbiiliyə, dayanmadan inkişaf etməkdə olan sivilizasiyanın və meqapolislərin ağuşuna düşüb onunla birlikdə sürüklənməməyə, kütlə kimi düşünməyib, özümüz olmağa çağırır. İki əsr öncəyə qədər biz həyatda görmək istədiklərimizi teatrda görürdüksə, indi bizə televiziya, internet və sosial şəbəkələr vasitəsilə həyatımızda görmək istədiklərini göstərirlər.
Dünya statistikasına görə, hazırda gənclərin 16 %-i televiziya proqramlarını izləyir. 14-21 yaş aralığında gənclər 46 % təşkil edirlər və televiziya qarşında əyləşməyə qarşıdırlar, zamanlarını sosial şəbəkələrdə keçirirlər.
İndiki dövrə baxsaq, teatra maraq yox dərəcəsindədir. Bu işlə, demək olar, sadəcə peşəsi teatrla, incəsənətlə bağlı olan insanlar maraqlanırlar: ya dünyanın - kapitalizmin bizə diktə etdiyi “iş” faktoruna görə, ya da, həqiqətən, sevdiklərindən. Çox az sayda insan tapmaq olar ki, teatrı canı-dildən sevsin, şəhərin repertuar landşaftını hər an izləsin.
Teatr sənətində olan çatışmazlıqlardan, yəni, ya ixtisaslı kadrların azlığından, ya da emosiyaların yaxşı ötürülməməsindən dolayı toplum əyləncə tələbatını televiziyanın hesabına ödəyir. Təbii ki, teatrda ixtisaslı kadrların azlığı da kapitalizmin inkişafından irəli gəlir. Çünki aktyorun maddi durumu oynayacağı səhnənin keyfiyyətindən asılıdır, bu zaman onu izləyicilərin məmnuniyyəti o qədər də maraqlandırmır.
Ancaq sivilizasiyanın inkişafında teatra müsbət təsir edən amillərdən biri də budur ki, yeni cərəyanlar yaranır, insan daha çox sosiallaşması nəticəsində cəmiyyətə açıq olur, teatra da təsir edir bu dəyişikliklər və o, cəmiyyətə, inkişafa açıq olur. Əgər əvvəlki dövrlərdə teatrlar hansısa perfomansı göstərməkdə çətinlik çəkirdilərsə, bu istər texnologiya baxımından olsun, istər xitab olunan kütlə olsun, bu imkanlar vasitəsilə onlar istədikləri performansı asanlıqla nümayiş etdirə bilirlər.
İncəsənət insana insan olmağı öyrədir. Eləcə də, Teatr - bizə düşünməyi, insanlığı, insanlarla empati qurmağı, emosiyalarımızı tanımağı, yaşamaq və var olmaq duyğularını aşılayır. Teatr bizə insanlıq hisslərini aşılayırsa, insanlarla duyğusal bağ qurmağımızda bizə yardımcı olursa, sivilizasiya bizdən diqqətimizi, insanlara olan münasibətimizi, vaxtımızı, empati qurmaq bacarığımızı alır. Hiss etməsək də, bizdən kimliyimizi oğurlayıb aparır. Modern insan da sivilizasiya kimi daim dəyişir, cilddən-cildə girir, lakin hisslərsiz, duyğularsız və ətrafında baş verənlərin fərqində olmayan müqəvva kimi...
Firudinli Qönçə
Tələbə-teatrşünas
Müəllifin digər yazıları
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açar...
Akademik Milli Dram Teatrı dekabr repertuarı
1 dekabr-“İblis və…”-H.Cavid-19:00
3 dekabr-“Pələng”(A.M.Şərifzadə səhnəsində) “Xeyir xəbər”Sumqayıt Dövlət Dram Teatrının tamaşası Bölgə teatrlar...
Tələsik addımlarla keçir günlərimiz.
Bəli... Həmin gün mən “Qadınım”ı izləməyə tələsirdim. İnsan belədir, hər an nə isə üçün tələsir və zamanın qamçısı altında əzilir. Sahib olduqlarının dəyərin...
Rusiya Dövlət Dumasının deputatları dövlət teatrlarında vahid qiymət sisteminin tətbiqi ilə bağlı təşəbbüslə çıxış ediblər. “İzvestiya” qəzeti onların Rusiyanın baş naziri Mixail Mişustinə göndərdiyi məktuba ist...
Ötən 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin /ADMİU/ 100-illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Bununla əlaqədar müxtəlif tədbirlər keçirildi, universitetin əməkdaşlarına fəxri a...
O gecədən bir neçə gün keçir. Amma mənə elə gəlir, sanki hər şey dünən olub; təəssüratlar o qədər zəngin, o qədər müxtəlifdir ki, sosial şəbəkələrdə ta indiyə kimi həmin gecə haqqında söz-söhbətlər səngimir...
Xəbər verildiyi kimi Nicat Mirzəzadə Füzuli Dövlət Dram Teatrına baş rejissor təyin edilib.
Qısa arayış: Nicat Qərib oğlu Mirzəzadə 1991-ci il fevralın 14-ü İmişli rayonunda doğulub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət v...
Milli teatr düşüncəsindən Avropa teatr düşüncəsinə körpü salan, bununla da onların sintezinə nail olan çağdaş Azərbaycan teatrının görkəmli rejissoru Vaqif İbrahimoğlu ilə ilgili peşəkar düşüncəmdə ...
Tanınmış teatrşünas, yazıçı-jurnalist Yaqub Əlioğlu uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.
Yaqub Əlioğlu (Məmmədov) 1956-cı il avqustun 26-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1986-cı ildə M.Əliyev adı...
Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır.
Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi M...