Mənim köhnə bir dostum var, o yaradıcı şəxsdir. Hər dəfə onunla görüşə böyük həyacan və sevgilə gedirəm, çünki o, çox zaman gəlbimə və şüuruma yol tapmağı bacarır, həyat və insanlar haqqında maraqlı əhvalatlar danışır, düşündürür, qəlbimin həssas, hamıdan məxfi saxladığım duyğularına toxunur, həyatdakı çatışmazlıqlara qarşı barışmaz olmağa, cəsarətli addımlar atmağa sövq edir, mənəvi saflaşmağa istiqamətləndirir.
Amma onu da deməliyəm ki, dostum hər görüşümüzdə çox fərqli olur, bəzən məni təəssüfləndirir, məyus edir. Görürəm ki, o, bir insan kimi söylədiklərinə tam laqeyddir, bəzən özünü kimlərəsə bənzətməyə çalışır, yalançı novatorluq edir, hər vəchlə hamını heyrətləndirərək özünə məftun etmək istəyir, bəzən isə ağlını lap itirir – olur şüursuz lağlağaçı, təlxək...
Mən də həmsöhbət kimi onun dediklərinə, davranışına öz münasibətimi, reaksiyalarımı bildirirəm – gülüşlə, alqışla, dərin, gərgin sükutla, sarsıntı ilə, yaxud da əksinə - laqeydliklə, saymazlıqla, etirazla və sairə. Ən önəmlisi odur ki, mən hər növbəti görüşdən hansı hisslər və düşüncələrlə ayrılıram, dostum və həmsöhbətim haqda məndə hansı təəssurat üstün olur – o ağıllıdır yaxud axmaqdır, həssas gəlblidir yaxud kobuddur, onda müşahidə qabiliyyəti, yumor hissi varmı. Ən əsası o, insanı sevirmi, ürəyi insan üçün yanirmı, yaxud əksinə - o hər şeyə laqeyddir, yalnız özünü sevir, ona görə də görüşümüz zamanı yalnız özününümayişlə məşqul olur. Hər görüşdən sonra dostumla yenidən görüşüb-görüşməyəcəyim haqda məndə istək və qərar yaranır...
Lakin bütün müsbət yaxud mənfi təəssuratlara baxmayaraq dostumla yenidən ğörüşmək istəyi həmişəyaşar bir ehtiyac kimi mövcuddur və mən bu görüşlərə hər zaman can atıram...
Dostumun adı – TEATR.
Fikrət Sultanov
Əməkdar incəsənət xadimi, professor
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...