Teatrı kinematoqrafiyaya uduzmağa qoymayan nədir?
Teatrın müasir kinematoqrafiya və televiziya ilə müqayisəsi bir çox teatr xadimləri tərəfindən müzakirə və mübahisə mövzusuna çevrilib. Uzun illər "Teatr nədir?" sualına cavab axtarıldığı kimi, "Teatrı kinematoqrafiyaya uduzmağa qoymayan nədir?" sualı da aktual olmuşdur. Teatr yunan dilində "theatron" sözündən götürülüb, mənası "baxıram", "seyr edirəm", "görürəm" kimi anlaşılır. Teatr sintetik sənət növüdür, burada müxtəlif sənətlərin birgəliyi əks olunur. Musiqi, rəqs, vokal, aktyor ifası, pantomima və s. teatr sənətində bir-biri ilə elə çulğaşır ki, birini digərindən ayırmaq çətin olur. Teatr insanın insanla, insanın cəmiyyətlə, insanın zamanla təzadlı və mürəkkəb münasibətlərini özündə əks etdirir. Obyekti insan və insani münasibətlər olan teatrı digər sənət növlərindən fərqləndirən cəhətin nə olması ilə bağlı müzakirələr bir çox alimlərin maraq dairəsində olmuşdur. Bu mövzuda səslənən cavablar sırasında teatrın canlı sənət olması da, kino sənətindən fərqli olaraq "burada" və "indi" yaşanması da, tamaşaçı ilə birbaşa əlaqəyə girə bilmək imkanı da, tamaşaçını öz sıralarına cəlb etmək bacarığı və onunla birbaşa enerji mübadiləsi yaşaması da var. Bundan başqa, insanın daim ehtiyacı olan informasiya ötürücüsü kimi də teatr əvəzsiz məkandır. Rolan Bart belə hesab edir ki, "Teatr əsl polifonik informasiyadır. O, sizin ünvanınıza bir sıra məlumatlar yönəldir. Həmin məlumatların xüsusiyyəti ondadır ki, onlar sinxron, eyni zamanda, ayrı-ayrı ritmdə verilir. Tamaşanın hər dəqiqəsində siz eyni zamanda altı-yeddi məxəzdən (dekorasiya, kostyumlar, işıq, aktyorların düzümü, onların jestləri, mimikası, nitqi) məlumat alırsınız. Burada hər şey rejissorun istəyinə görə, bir kontrapunkda birləşir. Teatrallıq fenomeni bundan ibarətdir”.
Bu gün ictimai həyatımızın bütün sahələrində olduğu kimi, mədəniyyət və incəsənətdə də köklü dəyişikliklər baş verir. Zamanın tələbi teatrın inkişafına təkan verərək, bu gün digər sənət növlərindən fərqləndirilən bir çox keyfiyyətlərini üzə çıxarır. Uzun illər boyunca teatrın "məbəd", "məktəb", "barometr", "güzgü", "böyüdücü şüşə" və s. kimi konseptləri haqqında müxtəlif fikirlər mövcud olmuşdur. Başlanğıcını Qədim Yunanıstanın dini bayramlarından götürən teatr konseptləri artıq aktuallığını itirib. Bu gün kinematoqrafiya, televiziya, texnologiyanın inkişafından bəhrələnən müxtəlif informasiya ötürücüləri ilə rəqabət üçün teatrın sağlam təməli, zamanla səsləşməsi tələb olunur. Bu sağlam təməl, ilk növbədə, teatrın canlı sənət olması ilə bağlıdır.
Fidan Axundova
ADMİU-nun magistrı
Müəllifin digər yazıları
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir. 4-8 may 2026-cı il tarixinəd baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadla...
Füzuli Dövlət Dram Teatrının səhnəsində Mirzə Nicatın quruluşunda təqdim olunan “Tənhalığın evi” tamaşası, əslində, bir mətnin səhnə təcəssümündən daha artıq idi; bu, insanın öz daxilinə baxmağa məcbur edildiyi qa...
30 illik ayrılığın 30 dəqiqəsi
Xoreoqrafik sənədli tamaşa
Birinci hissə: Yeni tamaşa üçün ideya axtarışında.
Azərbaycanın Qarabağ regionunda 1988-ci ildən başlayan və 1994-cü ildə atəşk...
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində SABAH qruplarının “Aktyor sənəti” ixtisası üzrə IV kurs tələbələrinin diplom işi olan Uilyam Şekspir...
2 fevral - Azərbaycan Gəncləri Günü Akademik Milli Dram Teatrında qeyd olunub. Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov əlamətdar gün münasibətilə gəncləri təbrik edib. O, qeyd edib ki, ümummilli li...
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində dramaturgiya müsabiqəsi üçün Azərbaycan dilində pyeslərin qəbulu müdd...
Məhəmməd Əmin Rəsulzadə görkəmli dövlət xadimi olaraq siyasi-ictimai fəaliyyəti ilə yanaşı elmi, publisist, yazıçı, tərcüməçi, şair, dramaturq, jurnalist istedadı ilə də fərqlənmişdir.
...