“İntəhası”ını sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Fəridə Cəlilova deyəcək.
1. Mişel Fuko yazır ki, intellektualın cəmiyyətdə öndərlik funksiyası itib, insanlar onsuz da hər şeyi bilir və görür. İntəhası, “bilir” = “anlayır” = “hiss edir” düsturu bu gün işləmir.
2. Müasir dramaturgiya da 36 ədədinin sehrini poza bilmir. İntəhası, maraqlı ömür yaşamaq üçün 3 fərqli dramatik situasiyanı gerçəkləşdirmək yetər; 6 situasiya artıq macərasevərlikdir.
3. Haneke, Trier... Onlar qəbul etmək istəmədiyimiz həqiqətləri sevir. İntəhası, “Əndişeyi-zat qılmaq olmaz”, hər həqiqəti sevəni həmişə sevmək olmaz (Trier və media arasında son illər yaşanan “sevgi”ni xatırla). Əslindəsə, deyək ki, dramaturgiya həmişə qəbul etmək istəmədiyimizi bizə sevdirməklə məşğul olub.
4. Aristofan düşünürdü ki, həyat teatr kimidir, ən pis insanlar ən yaxşı yerlərdə otururlar. İntəhası, mən də tamaşaya yaxşı yerdə oturub baxmağı xoşlayıram, digər məsələdir ki, həmişə alınmır (yox, provokasiyaya getməyəcəyəm)...
5. Prometey qaraciyərini insanlığa qurban verdi. İntəhası, bəşəriyyət indiyəcən gələcəkdən xəbər tuta bilməyərək boş ümidlə yaşamaqdan əziyyət çəkir.
6. Deyirlər, teatrda söz ölür. İntəhası, söz hər yerdə ölür, söz öldükcə kosmos xaosa dönür – biz dünyanı yenidən nizama salmağı öyrənməli olacağıq...
7. Bekket o qədər utancaq idi ki, auditoriyada tələbələri ilə özü arasında pərdə çəkirdi ki, görünməsin. İntəhası, əsərləri “satqınlıqla” onu yenə ələ verdi.
8. “Qadınlara elə gəlir ki, qaranlıq onları gizləyir / əksinə, qadın qaranlıqda daha aydın görünür”. İntəhası, qayda № 5 deyir ki, şairlər qadınlardan yazanda onlarla mübahisə etməyin:
“dənizi gözləriylə sağaldan qadınlar var, öldülər.
[...] dənizi baxışlarıyla sağaldan qadınlar var, gəldilər”.
9. Hərdən ağıllı insanlar axmaq insanlara aşiq ola bilirlər. İntəhası, ağıllı bunun öhdəsindən gələcək; axmaq insansa ağıllıya aşiq olduqda daha bədbəxt olar.
10. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. İntəhası, tərəddüd ilahəsigildə həmin an gecə olacaq.
Oxşar yazılar
Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib.Bu barədə Lent.az -a tanınmış aktyorun qızı, müğənni Səidə Dadaşova bildirib:“Çox ağırdır. Atam indi dünyasını dəyişdi. Çox danışa bilmirəm. Dünyasını dəyişən zaman hamımızdan halallıq istədi”.Qeyd edək k...
Nəhayət ki, 5 il də gəlib keçdi. Nələr keçmir ki... Oktyabrın 22-də “Park Inn” otelində Azərbaycan Teatr Xadimləri İttifaqının (AzTXİ) XIV konfransı baş tutdu. Konfransda respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, habelə Mədəniyyət naz...
"Rövzeyi-kuyində bulmuşdur Füzuli bir məqam
"Kim, ona cənnət quşu yetməz min il uçmağ ilən”.
M.Füzuli
Vaxtı edam etmək dəvəni iynənin gözündən keçirmək kimi bir şeydir.
Vaxtı ed...
I. Bizim daxilimizdə teatr necə yaranır
(davamı)
Yöndəmsiz bədən hərəkətləri, qışqırıqlar, nəğmələr, rəqslər, rəsmlər, maskalar, heykəltəraşlığın ilk cəhdləri, çoxrəngli boyama və xüsusi ətirləndirmə, təbilin, zınqrovların, ü...
14 və 15 noyabr tarixlərində saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 110-cu mövsümün ilk premyerası - böyük fransız yazıçısı, dramaturq Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi" romanının motivləri əsasında librettosu və quruluşu gə...
– Yəni teatr var ki?
Öz günü-güzəranı, dərdi-çoru ilə əlləşən sadə adamın bu sadə görünən sualı hardan baxsaq çox ciddidir.
Doğrudan da, bu gün teatr varmı? Onun bu cəmiyyətdə yeri nədən ib...
Teatr sənəti incəsənətin digər növləri ilə müqayisədə həmişə dövrə, sosial-iqtisadi, siyasi-ictimai proseslərə daha həssas olur. Dövr dəyişdikcə teatr sənətinin formaları, məzmunu, onun üzərinə düşən funksiya və tələblər...
Bu, Belçika və Almaniyada baş verəcək. Belə ki, tamaşaçılar 23 noyabr tarixində Moskva vaxtı ilə saat 20:00-da avropalı ekspressionist-rejissor Andreas Kriqenburqun yeni tamaşasını - Almaniyanın Münhen şəhərindəki Bavariya Dövlət Operasının səhnəsind...
Bu günlərdə Özbəkistanın Gənc Tamaşaçılar Teatrı Bakıya qastrol səfəri ediblər. Hələ 2019-cu ilin fevralında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, Əməkdar artistlər Nicat Kazımov və İlham Əsədovun Özbəkistan Gənc T...
Ağ rəng
Əslində göy qurşağında ağ rəng yoxdur. Daha doğrusu, biz ona baxanda orada ağ rəngi görmürük. Çünki göy qurşağı cəmi yeddi rəngdən: qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi rə...