Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı monotamaşalar festivalı ilə karantin günlərindən sonra tamaşaçıların görüşünə gələcək. Ənənəsinə sadiq qalaraq festival keçirən teatrın yaradıcı heyəti, “Bir teatr-bir festival” layihəsi çərçivəsində sayca dördüncü festivalını keçirmiş olacaq.
“Bizim teatr - Monotamaşalar” adlandırılan festivalın karantin müddəti bitdikdən sonra keçirilməsi nəzərdə tutulur. Festivalın devizinin “Evdə qal, amma teatrsız qalma” olduğunu bildirən Əməkdar artist İntiqam Soltan artıq festivala qatılmaq istəyən teatrların olduğunu da bildirib: “Hazırda festivala qatılmaq istəyən teatrların qeydiyyatı başlayıb. Belə ki, bizim teatrın yaradıcı heyəti ilə birlikdə Azərbaycan Dövlət Sumqayıt Dram teatrı bir neçə tamaşası ilə çıxış edəcək. Qazax Dövlət Dram Teatrı festivalda iştirak edəcəyi tamaşanı da göndərib. Ümumilikdə festivalda 29 tamaşa nümayiş olunacaq”.
Teatrın direktoru qeyd edir ki, festivalın keçirilməsində məqsəd hər bir aktyora öz bacarıqlarını nümayiş etdirmək üçün şərait yaratmaq və onlara meydan verməkdir: “Bizim əsas məqsədimiz teatr bayramı keçirməkdir. Bu festivalı keçirməklə Azərbaycanda festival ənənəsinin genişlənməsinə vasitəçi olmuş oluruq. Aktyor evdə boş qalmamalıdır. Aktyorların öz üzərində işləməsi, formadan düşməməsi, teatrların canlanması üçün belə bir festivalın keçirilməsinə ehtiyac var. Aktyor idmançı kimi bir varlıqdır. İdmançı 2 ay məşq etməsə, onu arenaya buraxmaq mümkün deyil. Aktyor da məşq etməsə, səhnəyə çıxa bilməz. Karantin günlərindən sonra keçirəcəyimiz festivalda mümkün olsa, Teatr Xadimlər İttifaqının da iştirakını gösləyirik. Belə ki, əgər tamaşaçı problemi olmayacaqsa və dünyada yayılan koronavirusa görə kütlənin toplaşmaq problemi olmayacaqsa, festivalı Aktyor evində keçirməyi düşünürük. Əgər belə bir problem yaransa o zaman festivalı onlayn şəkildə keçirməyi düşünürük. Hesab edirəm ki, bu festivalın keçirilməsi bizim teatr üçün mütləqdir. Məlumat üçün bildirim ki, siz məni də bu festivalda aktyor kimi görə biləcəksiniz. Mən C.Məmmədquluzadənin “İranda hürriyət” əsəri əsasında hazırlanmış tamaşa ilə çıxış edəcəm”.
İntiqam Soltan münsiflər heyətinə gəldikdə isə bildirdi ki, festivalın münsif qismində tanınmış sənətçilər və dövlət rəsmiləri olacaq.
Söhbət əsnasında aydın oldu ki, hazırda Bakı Uşaq və Gənclər Teatrında çalışan hər aktyor monotamaşalar festivalı üçün öz tamaşasını hazırlayır. Festivalda iştirak üçün janr məhdudiyyəti qoyulmayıb və aktyorlar dünya klassiklərindən tutmuş müasir Azərbaycan ədəbiyyatına qədər müxtəlif əsərlərə müraciət ediblər. Festivala yalnız birinci mərhələdən (daxili baxışdan) keçən tamaşalar buraxılacaq.
Qeyd edək ki, bu layihə çərçivəsində Bakı Uşaq və Gənclər Teatrı tərəfindən 2014-cü il mart ayında "Bizim teatr - 1", 2015-ci il mart ayında "Bizim teatr-2", 2019-cu il aprel ayında isə "Nəsimi ili, Nəsimi dili" festivalı keçirilib.
"Kaspi" qəzeti "Teatr" əlavəsi
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...