Azərbaycanın ilk və tək inklüziv teatrı – ƏSA Teatrı müəllifi Moris Meterlink olan “Göy quş” tamaşasının premyerasını nümayiş etdirib. ƏSA Teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadənin quruluş verdiyi “Göy quş” tamaşası anşlaqla keçib. Premyerada Baş nazirin müavini Əli Əhmədov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Milli Məclisin sosial siyasət daimi komitəsinin sədri Hadı Rəcəbli, Azərbaycanın insan hüquqları üzər müvəkkili Elmira Süleymanova, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai və digər qonaqlar iştirak edib.
Əsası Azərbaycanda qoyulan inklüziv incəsənətin bəşəri dəyərlərə, insan humanizminə misilsiz xidmətinin bəhrəsi olan ƏSA Teatrı yarandığı gündən dünya və yerli ədəbiyyatın şedevr əsərlərini, Uilyam Şekspirin, Con Steynbekin, Mirzə Fətəli Axundzadənin pyeslərini səhnələşdirməklə yanaşı, onlara modern teatr ənənələrinin yeni trendləri əsasında həyat verib.
ƏSA Teatrının son premyerası olan “Göy quş” tamaşasında 30 nəfər peşəkar və həvəskar aktyor rol alıb. 1 saat 15 dəqiqə davam edən tamaşanın aurası tamaşaçıları öz təsiri altına salmağı ustalıqla bacarıb. Gələcəyə böyük ümidləri, nikbinliyi, xeyirxahlığı və keçmişə sayğını aşılayan “Göy quş” tamaşasının nümayişindən sonra rəsmi şəxslər – Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, millət vəkili Hadı Rəcəbli kulisdə teatrın kollektivi ilə görüşüb, xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin dəstəyi ilə hazırlanan “Göy quş” tamaşası ƏSA Teatrının yarandığı vaxtdan reallaşdırdığı ən böyük layihə və yaradıcı, texniki heyəti böyük olan tamaşadır.
Tamaşanın baş prodüseri Nicat Qulam, multimedia meneceri Elxan Xanəlizadə, quruluşçu rejissoru və bədii rəhbəri Nihad Qulamzadə, geyim rəssamı Marina Yuryevna, quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor asistenti Səmaya Ağayarova, plastik həll üzrə rejissorları Ceyhun Dadaşov, Elnur İsmayılzadə, işıq rəssamı Binyamin Sailov, səs rejissoru Mehdi Cənnətifərd, bəstəkarı Vüqar Camalzadədir. Rolları ifa edirlər xalq artisti Mehriban Zəki, əməkdar artist İlham Hüseynov, aktyorlar Elvin Mirzəyev, Rəsul Zəkiyev, Günay Məmmədova, Elşən Əsgərov, Səmayə Ağayarova, Niyaz İlyasoğlu, Cəmilə Məmmədli, İmran Lalayev, Könül Şahbazova, Fərid Əliyev, Rəhimə Abdinova, Orxan Əliyev, Əlisahib Məmmədli, Ülviyyə Qarayeva, Nərmin Cahangirova, Eleonora Yusifova, Zəhra Vəliyeva, Ayna Cəfərova, Humay Əliyeva, Narın Qurbanova, Nigar Usubova, İsmayıl Osmanov, Sona Rəhmanova, Zəhra Paşayeva, Simarə Cəfərova və digərləri. Tamaşanın premyerası Azərbaycan Dövlət Musiqili Teatrında baş tutub.
Fotoların müəllifi: Famil Mahmudbəyli
Müəllifin digər yazıları
“YUĞ” Dövlət Teatrı Azərbaycan teatrı tarixində ilk dəfə olaraq Meksika Birləşmiş Ştatlarında keçirilən 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında ölkəmizi təmsil edib. Bu münasibətlə iştirakç...
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...