TEATRO

TEATRO

sənət portalı

post-title

ƏSA Teatrı “Çıxış yoxdur!”

ƏSA İnklüziv Teatrında Nobel mükafatçısı Jan-Pol Sartrın “Bağlı qapı arxasında” pyesi əsasında hazırlanmış “Çıxış yoxdur!” adlı tamaşanın premyerası olacaq. Teatrın mətbuat xidmətindən aldığımız məlumata görə, premyera fevral ayının 9-u saat 19:00-da Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində baş tutacaq.

Jan-Pol Sartrın 1944-cü ildə yazdığı “Bağlı qapılar arxasında” adlı pyesində ölümlərindən sonra əbədi olaraq bir otaqda qapalı qalmağa məhkum edilən üç nəfərdən bəhs edilir. Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, əsas rolların ifaçıları Elşən Əsgərov, Lalə Süleymanova və Səmayə Ağayarovadır. Qeyd edək ki, ƏSA Teatrı bir çox uğurlu layihələr icra etsə də, iki ildən sonra ilk dəfədir ki, canlı tamaşa nümayişini həyata keçirəcək.

Biletləri şəhərin kassalarından və İticket.az saytından əldə edə bilərsiniz.

 

 

 

Load Time (S) : 0.047905