Dekabr ayının 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə ƏSA Teatrı tərəfindən J.B.Molyerin “Xəsis” əsərinin motivləri əsasında hazırlanmış “And” tamaşasının premyerası olub. Akademik Milli Dram Teatrında təqdim edilən tamaşanın premyerasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mədəniyyət naziri Əbülfəs Qarayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçiləri Xalid Əhədov və Emin Hüseynov, Təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Qənirə Paşayeva, ayrı-ayrı hökumət qurumlarının, ictimai birliklərin nümayəndələri, incəsənət xadimləri və başqa şəxsər iştirak ediblər.
Premyeradan əvvəl Leyla Əliyeva Teatrın foyesində təqdim olunan yeni kitabla - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin əməkdaşlığı çərçivəsində hazırlanmış və görmə imkanları məhdud şəxslərin şerlərindən ibarət “Zülməti dələn işıq” kitabı ilə tanış olub. O, kitabda şerləri dərc olunan görmə imkanları məhdud şəxslərlə görüşüb. “Zülməti dələn işıq” kitabında görmə imkanları məhdud 18 şairin 100-ə yaxın şeiri dərc olunub. Kitabın hazırlanması və nəşri görmə imkanları məhdud insanların yaradıcılığının dəstəklənməsi və cəmiyyətə tanıdılması, onların gələcək uğurlara stimullaşdırılması məqsədi daşıyır.
“And” tamaşası iştirakçılar tərəfindən maraqla qarşılanıb. Quruluşçu rejissoru Nihad Qulamzadə, musiqi tərtibatçısı Nicat Qulam, səhnə və geyim tərtibatçısı Viktoriya Lerman olan “And” tamaşasında iştirak edən 14 aktyordan (Elşən Əsgərov, Səmayə Ağayarova, Rafael Şahbəyli, Cəmilə Məmmədli, Elsevər Rəhimov, Aysel Feyziyeva, İmran Lalayev və b.) 9 nəfəri əlilliyi olan şəxslərdir. Tamaşada “Xəsis” əsərinə tamamilə yeni rakursdan baxılır. “Xəsis” komediyasındakı baş qəhrəman - Qarpaqonun ikrah hissi yaradan şəxsi keyfiyyətləri və xəsisliyi deyil, daha çox insanların bir-biri ilə olan münasibətlərində bir çox hallarda öz mənfəətini, şəxsi ambisiyalarını üstün tutması halları ön plana çəkilir və tənqid olunur. Modern əsaslarla quruluşu verilən, bir saat davam edən “And” dramatik-komediyası əvvəldən axıra qədər tamaşaçını intizarda saxlayır, onu düşünməyə vadar edir.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...