Bu günlərdə tanınmış ədəbiyyatşünas, tənqdiçi və dramatik sənət tədqiqatçısı Erik Bentlinin “Dramın həyatı” adlı kitabı Azərbaycan dilinə tərcümə olunub. Kitabın tərcüməçisi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova, elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Mustafayeva, rəyçiləri AMEA Memarlıq və İncəsənət İnstitutu, Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Səlimovadır. 272 səhifədən ibarət kitab ADMİU-nun mətbəəsində nəşr olunub.
Qeyd edək ki, “Dramın həyatı” kitabı ilk dəfə 1964-cü ildə ingilis dilində işıq üzü görüb. Tezliklə kitab dünyanın müxtəlif dillərinə tərcümə olunmuş, o cümlədən V.Voronin tərəfindən ruscaya çevrilərək 1978-ci ildə “İskusstvo”, 2004-cü ildə isə “Ayris-Press” nəşriyyatında çap olunub. “Dramın həyatı” mooqrafiyası bu gün də dram nəzəriyyəsinin tədqiqi sahəsində yazılan ən yaxşı kitablardan hesab olunur.
İki hissədən ibarət olan kitabın birinci hissəsində dramaturji əsərin süjet, xarakter, diaoq kimi əsas komponentlərindən bəhs olunur. Kitabın “Pyesin növləri” adlanan ikinci hissəsində isə Erik Bentli diqqətini dramaturji janrlara yönəldir. Melodram, fars, faciə, komediya və tragikomediya kimi janrların təhlili zamanı müəllif ədəbi nəzəriyyə ilə yanaşı, dövrün fəlsəfi, siyasi, psixoloji fikir sahəsinə aid olan təlimlərə də müraciət edir.
“Dram nəzəriyyəsi” fənninin tədrisi zamanı dərs vəsaiti kimi tövsiyə edilən “Dramın həyatı” kitabı istər ali məktəb tələbələri, istərsə də dramaturgiya və teatr sənəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...