Böyük Britaniya teatrı 1950-ci illərdən bəri İkinci Dünya müharibəsinin doğurduğu ictimai-siyasi, mənəvi-psixoloji vəziyyətdən, bu durumun diktəsi ilə meydana gələn fərqli teatr cərəyanlarından, ideoloji sistemlərdən təsirlənmişdi. Əsrin sonlarına doğru Britaniya teatrı hərbsonrası Qərbi Avropa teatrının əsas bədii istiqamətini təşkil edən realizm, absurd teatr və insan varolması kimi mövzuların əhatə dairəsindən çıxa bilmirdi. Epistemoloji suallar yerini ontoloji suallara verirdi. Müasir dramaturqlardan Tom Stoppard Evripidin, Şekspirin və İbsenin əsərlərinin mövzu və problematikasını yeni dövrə daşımaqla teatrın bəşəriyyət üçün nə qədər önəmli olduğunu vurğulamağa çalışırdı. T.Stoppard “Rozenkrants və Qildenstern öldülər” pyesində tarixi mühiti, Şekspir mətninin interpretasiyasını və bir-birinin içinə keçmiş “oyun içində oyun” və “bölünmüş obrazlar” kimi texnikaları birləşdirirək yeni bir formaya doğru istiqamətlənmişdi. Bu tendensiya yalnız T.Stoppard yaradıcılığına deyil, çağdaş dövr Böyük Britaniya müəlliflərinin əsərlərinə şamil edilə bilər. Müasir ingilisdilli yazarlar arasında anti-realist dram yavaş-yavaş öz yerini alırdı.
XX əsrin sonlarına doğru müşahidə olunan maraqlı tendensiyalardan biri də dramaturgiyanın ön plana keçməsi ilə bağlıdır. Belə ki, həmin dövrdə əksər ingilis yazıçıları dramaturgiyaya yönəlir və onların yazdığı çoxsaylı pyeslər sayəsində Britaniya, sanki Teatr Mərkəzinə çevrilir. Samuel Bekketin “Qodonu gözləyərkən” pyesinin (Samuel Beckett, “Waiting for Godot”, 1953), Con Osbornun “Geriyə qəzəblə baxmaq” (John Osborne, “Look Back in Anger”, 1956) tamaşaya qoyulması, İngiltərənin teatr həyatında mühüm yer tutan Kral Şekspir Kompaniyasının (Royal Shakespeare Company, 1961) yaranması teatr sənətinin mühüm bir yerə yüksəlməsinin bariz nümunəsidir.
90-cı illərə qədər Britaniya teatrının böhran vəziyyətində olduğu deyilirdi. Buna əsas səbəb kimi 70-ci illərdə inkişaf dövrünü yaşayan performans teatrının yeni əsərlərə laqeyd yanaşması göstərilirdi. Digər səbəb isə həmin dövrdə burjuaziyanın inkişafı səbəbindən incəsənət sahəsində geniş vüsət alan özəlləşdirmə siyasəti nəticəsində teatrların məşhur və klassik əsərlərə yönəlməsi ilə əlaqələndirilirdi.
1979-1990-cı illər arasında İngiltərənin ilk qadın baş naziri olan Marqaret Tetçerin lideri olduğu mühafizəkar partiyanın hakimiyyəti illəri özəlləşdirmə siyasətinin kütləvi hal almasına qarşı böyük işçi etirazlarının amansızlıqla susdurulduğu dövr kimi xatırlanır. Bu dövrdə ictimai şüur əvəzinə fərdiləşmə ön plana keçdi. M.Tetçerin özəlləşdirmə siyasətinin dalğası tez bir zamanda teatr sənətinə də sirayət etdi. Dövlət tərəfindən maliyyələşən teatrlar bu vəziyyətdən təsirlənirdi, teatrları dəstəkləyən Sənət Fondu maddi çatışmazlıq ucbatından teatrlara əvvəlki kimi dəstək ola bilmirdi. Bu hadisələrdən sonra teatrlar özəl sponsorlara tərəfə üz tutur və sponsor dəstəyi əldə edə bilmək üçün orta səviyyəli pyeslər seçmək məcburiyyətində qalırdılar.
Beləliklə, 80-ci illərdə yazılan əsərlərin mövzuları da dəyişikliyə məruz qalır, ənənəvi mövzularla yanaşı feminizm, homoseksuallıq və ölkədəki azlıqlara yönəlmiş əsərlər də yazılırdı.
Son 15 ildə isə yazıçı fiquru Britaniya teatrının daimi və həmişə göz önündə olan sütununa, həm yerli, həm də beynəlxalq miqyasda satıla bilən əmtəə, satış obyektinə çevrildi. Bu, Yeni Leyboristlərin (New Labour) dövrü idi: ölkəyə baş nazirlər Toni Bleyer (Tony Blair) və Qordon Braun (Gordon Brown) rəhbərlik edirdi və dövlət səxavətlə incəsənəti maliyyələşdirməyə başlamışdı. Yeni Leyboristlərin dövründə teatr əvvəlkindən daha çox qazanırdı və daha çox yeni pyes yazılırdı. Təxmini hesablamaya görə, 2000-ci illərdə istehsal olunmuş 3000-ə yaxın yeni tamaşa var idi ki, bu da əvvəlki onillikdən iki dəfə çox idi. Lakin onun əsas mövzusu milli kimlik idi. Bu dövr iddia olunurdu ki, “Teatr bir xalq olaraq kim olduğumuz və hara gedə biləcəyimiz haqqında geniş yayılmış söhbətin bir hissəsidir” (aydındır ki, “biz” sözü mübahisəlidir). Professor S.E.Uilmerin dediyi kimi, teatr “nəyin milli, nəyin yad olduğu haqqında təsəvvürləri çatdırmaq üçün xüsusilə təsirli vasitə” təklif edən ictimai forumdur. Əksər dramaturqlar təkcə ətrafdakı reallığı əks etdirib düşüncələri sarsıtmır, bəzən hətta gələcəyi belə təxmin edirdilər. Milli kimlik ideyasının qızğın müzakirə edildiyi bir vaxtda Britaniya teatrı ingilis və britaniyalı olmaq haqqında yüksək fərdi və fərqli baxışlar təqdim edərək, mübahisəyə öz töhfəsini verdi. (2 s. 1)
Bütün bunlar yeni siyasi kontekstdə baş verdi. 1997-ci ilin mayında keçirilən ümumi seçkilərdə böyük qələbə qazandıqdan sonra Yeni Leyboristlər inamla Yeni Britaniyanın gəlişini elan etdi. Bir neçə il ərzində Şotlandiya, Uels və Şimali İrlandiyaya yeni səlahiyyətlərin verilməsini nəzərdə tutan konstitusiya yaradıldı. Bu dövlətlər üçün hər biri müxtəlif səlahiyyətlərə malik yeni regional məclislər yaradıldı. Aydındır ki, nəticədə bu dəyişikliklər teatra da təsirsiz ötüşmürdü. Ümumiyyətlə, Yeni Leyboristlərin maliyyə məsələləri ilə bağlı səxavəti bütün mədəniyyət müəssisələrinin, o cümlədən teatrların sosial siyasət həyata keçirmələri demək idi: onların missiyası daha geniş auditoriyaya çıxış, daha çox etnik müxtəliflik, innovativ məhsul yaratmaq idi. 2004-cü ilin mayında Mədəniyyət Katibi Tessa Couell “Hökumət və mədəniyyətin dəyəri” adlı essesini nəşr etdirdi və burada o, “Mədəniyyətin fərdin, icmaların və cəmiyyətin mədəni kimliyinin müəyyən edilməsində və qorunub saxlanmasında mühüm rolu olduğunu” iddia etdi.
Bu gün Britaniyanın bütün regionlarında yeni əsərlər yaranır. Hər yerdə yeni yazılan pyeslərə hazırlanmış tamaşaları izləmək mümkündür bilərsiniz. Hər yerdə dramaturgiya festivalları keçirilir. Hər il yeni tamaşalara milyondan çox bilet satılır. Bu, yeni dalğadır. Dramaturqlardan tutmuş quruluşçu rejissorlara kimi hər kəs o anı yaşamaq istəyir. Harriet Devinenin yazdığı kimi: “Bu gün İngiltərə Milli Teatrından (National Theatre) tutmuş kiçik özəl teatrlara qədər bütün məkanlar yeni dramaturqlara qapısını açır”.
İstifadə olunmuş ədəbiyyat
1. Aleks Sierz; In-Yer-Face-Theatre, Faber and Faber, London. 2000
2. Aleks Sierz - Rewriting the Nation British Theatre Today. Methuen, 2011
Yazardan aid digər yazılar
Böyük Britaniya teatrı 1950-ci illərdən bəri İkinci Dünya müharibəsinin doğurduğu ictimai-siyasi, mənəvi-psixoloji vəziyyətdən, bu durumun diktəsi ilə meydana gələn fərqli teatr cərəyanlarından, ideoloji sistemlərdən təsirlənmişdi...
Marqaret Tetçerin siyasi arenadan çəkilməsi yeni bir dövrün başlanğıcı hesab olunur. 1995-ci ildə Royal Kört Cervud Cervud Apsteyrdə göstərilən Sara Keynin cinsəllik və şiddət kimi tabuların yer aldığı “Zibilə ...
Kerl Çörçill 1938-ci ildə Londonda doğulmuş İngilis dramaturqdur. Pyesləri əsasən feminizm, iqtidarın tənqidi və cinsəlliklə əlaqəlidir. Aleks Sirz onun haqqında yazır: “1980-ci illərdə ən təsirli yazar Çörç...
Sonsuzluq haqqında düşünmək. Bunu düşünmək belə qorxuludur. Düşün ki, heç nə bitmir, tükənmir, ölürsən amma hələ də davam edir. Sonsuz xoşbəxtlik, sonsuz bədbəxtlik qədər qorxuludur. Amma insanlar d...
Helen MİRREN
Teatr, kino və televiziya aktrisası
Helen Mirren səhnə və televiziya fəaliyyətində parlaq və rəngarəng ifası ilə bir çox önəmli mükafatlar qazanmış, dünyada ən tanınan və nüfuzlu aktrisalardan biridir. 20...
Sosializm realizminə qarşı çıxan rejissor günlərin bir günü özünü zamanının məşhur və dahi rejissorlarından birinə çevrildiyini gördü. Bu, həmin rejissor idi ki, 20-ci əsrin ortalarında Polşada te...
Vilson öz tamaşalarının həm də səhnə dizayneri olan tək-tük rejissorlardandır. Ona görə də tamaşalarında əksər rejissorlardan fərqli olaraq, əsərlə səhnə tərtibatı arasında xoş bağlılıq olur. Tamaşa həqiqətən sintetik xüsusi...
Bu gün yola məni uzun zamandır ki, narahat edən bir problemin axtarışı ilə çıxıram. Nədənsə mənə həmişə elə gəlib ki, müəlliflər (burada yazıçılar, rejissorlar, şairlər, dramaturqlar da nəzərdə tutulur) oxucuları aldadıblar....
“Teatr məbəd kimi”
“Teatro.az” sənət portalı Pakistan dramaturqu Şahid Nadimin Beynəlxalq Teatr Günü ilə bağlı teatr ictimaiyyətinə ünvanlandığı müraciəti təqdim edir.
Dünya Teatr G&uum...
Bu gün Beynəlxalq Teatr Günüdür. Bu əlamətdar gün UNESCO yanında Beynəlxalq Teatr İnstitutunun 1962-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub. Ənənəyə əsasən hər il Beynəlxalq T...