Tanınmış teatr xadimi, Əməkdar mədəniyyət işçisi Həsən Həsənov 71 yaşında vəfat edib. H.Həsənov 1950-ci ildə Gürcüstanın Bolnisi rayonunda anadan olub. Bakı kitabxanaçılıq texnikumunda və M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstutunda təhsil aııb. Tələbəlik illərində Əbilov adına Mədəniyyət evinin xalq teatrının S.Rəhmanın “Toy” komediyasında Surxay, H.Seyidbəylinin “Sən nə üçün yaşayırsan?” adlı pyesində professor Səməd rollunda və digər obrazlarda çıxış edib.
1992-1994-cü illər ərzində İrəvan Dövlət Azərbaycan Dram teatrında, 1994-2009-cu illərdə Dövlət Gənclər Teatrında sərəncamçı direktor və direktor vəzifəsində çalışıb.
2009-cu ildə Dövlət Gənc Tamaşaçılar teatrında direktor müavini vəzifəsində işləyib.
2010-2014-cü illərdə Mingəçevir Dövlət Dram Teatrında direktor kimi fəaliyyət göstərib. 2014-2017-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında direktor müavini vəzifəsində çalışıb. 2017-ci ildən ömrünün sonunadək "Audiokitab" layihəsinin rəhbəri olub.
2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...