Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, əməkdar artist Tofiq Hüseynov vəfat edib. Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun və teatrın kollektivi adından Tofiq Hüseynovun yaxınlarına dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik. Tofiq Hüseyov iyulun 6-da öz vəsiyyətinə uyğun olaraq Xırdalan qəbiristanlığında anasının və atasının yanında torpağa tapşırılacaq. Ruhu şad olsun!
Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyun 24-də Bakı şəhərində anadan olmuşdur.
Tofiq Əbdülrəhim oğlu Hüseynov 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir.Tofiq Hüseynov bir çox teatrların səhnəsində çalışmış, müxtəlif obrazlar oynamışdı. Bunlar: Rza bəy (“O olmasın, bu olsun”,Ü.Hacıbəyov),Əzrayıl (“Bu meydan, bu şeytan”,F.Aşurov),Mərd Mazarov (“Adamın adamı”,Anar),Hacı Namazalı (“Danabaş kəndinin məktəbi” C.Məmmədquluzadə),Tülkü (“Cücələrim” T.Mütəlibbov ),Cəbi (“Hacı Qəmbər”,N.Vəzirov ),Şah Kreon (J.Anuy “Medeya”),Vəzir Zəban (O.Altunbay “Tomris”) obrazlarıdır.
Tofiq Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır.Teatrın repertuarındakı müxtəlif janrlı tamaşalarda rollar oynayıb.Onlardan:Komiyonçu “Kəllə”(N.Hikmət),Knyaz Orbeliani “Brüsseldən məktublar”( H.Həsənov),Oqtay “Rəqabət”(B.Vahabzadə),Hacı Kərim “Ölülər” (C.Məmmədquluzadə), Rüstəm xan(“Eloğlu”,A.Şaiq),Qala rəisi(“Xurşidbanu Natəvan”,İ.Əfəndiyev),Bekar Ağabala “Dirilən adam”( Mir Cəlal),Katib “Ölüləri qəbiristanlıqda basdırın”( İ.Şıxlı),Ağamusa Fərəcov “Dəlilər və ağıllılar” (İ.Əfəndiyev),Əcəl “Alın yazısı”( T.Minnullin) və digər obrazları tamaşaçı maraqla qarşılayıb.
Aktyor “Meteranpaj”(Kamayev),”3-mollanın sərgüzəşti”(Mola Vəli),”Şkafda adam”(Ər),Molla Nəsrəddinin lətifələri əsasında eyniadlı əsərin tamaşalarında, “Marş” (Komandir),“Dəvətnamə”(Briqadir),”O dünyadan salamlar”(Əli bəy), “Bahar ərəfəsində”(Direktor) və s.filmlərə çəkilib.
Tofiq Hüseynov 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...