Yanvarın 25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Almaz Mustafayevanın 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Teatrlaşdırılmış tədbirdə əvvəlcə aktrisanın ömür və yaradıcılıq yoluna nəzər salınıb, ekranda onun sənət fəaliyyətini əks etdirən fotolar nümayiş olunub.
Sonra aktrisanın həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, o, 1970-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. 1997-ci ildə “Qızıl Dərviş” mükafatı ilə təltif olunub. 2013-cü ildə Əməkdar artist fəxri adına layiq görülüb. 2014-cü ildə beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Rusiya Federasiyası Kalmıkiya Respublikasının Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə mükafatlandırılıb.
Diqqətə çatdırılıb ki, aktrisa “Sehrli xalat” filmində ifa etdiyi obrazla hər kəsin sevimlisinə çevrilib. Bundan başqa, “Yeddi oğul istərəm”, “Aktrisanın təbəssümü”, “Şir evdən getdi”, “Cavanşir” filmlərində də o rol alıb. Almaz xanımın ilk səhnə debütü oğlan obrazı olub.
Tədbir teatrlaşdırılmış səhnəciklərlə davam edib.
Qeyd edək ki, yubiley mərasiminin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rəssamı Mustafa Mustafayevdir.
AZƏRTAC
Reklam
Yazardan aid digər yazılar
Akademik Milli Dram Teatrı “Mədəni gənclik” layihəsinə ev sahibliyini edib. Teatrdan verilən məlumata görə, layihə çərçivəsində Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında Xalq artisti Azər Paşa Nemətovun quruluşund...
Mingəçevir Dövlət Dram Teatrında dünya şöhrətli ingilis dramaturqu Uilyam Şekspirin yazdığı “Otello” pyesinin motivləri əsasında hazırlanmış “Yad” tamaşasının premyerası olacaq. Teatrdan aldığımız məlumat...
Dahi bəstəkar Üzeyir Hacıbəyov 1908-ci ildə “Leyli və “Məcnun” operası, 1910-cu ildə isə “Ər və arvad” operettası ilə Şərqdə ilk musiqili tamaşaların əsasını qoyur. Üzeyir Hacıbəyovun yaradıcılığı musiqisevərlə...
Azərbaycanın Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov 75 yaşında dünyasını dəyişib.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edək ki, Əsədov Vaqif Firudin oğlu 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında a...
Mədəniyyət Nazirliyinin “Mədəni gənclik” layihəsi davam edir.
Ötən həftə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında "Müsyö Jordan" tamaşasına baxan Bakı Dövlət Universitetinin tələbələr...
Azərbaycan Dövlət YUĞ Teatrı Türkiyənin Konya şəhərində keçiriləcək XIV “Min nəfəs, bir səs” Beynəlxalq Teatr Festivalında iştirak edəcək.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, kollektiv festiv...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
20 may — C.Məmmədquluzadə “Ölülər”, saat 19:00
21 may — İ.Əfəndiyev “Mənim günahım”, saat 19:00
22 may — E. De Filippo “Filumena...
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında məşhur “Bəxtiyar” filmi əsasında hazırlanmış eyni adlı tamaşanın ilk nümayişi oldu. Bu filmin səhnə versiyasının hazırlanması haqqında məlumatım var idi. Düşünürdü...
XIX əsrdən etibarən dünya dramaturgiyası yeni mərhələyə qədəm qoyur: dramaturji strukturun əsası olan dialoqun forma və mahiyyət baxımından daha fərqli quruluşu yaranır. XIX əsrə qədər dramaturgiyada dialoq demək olar ki, üslub, heca və mis...
12 May tarixində Avropa Azərbaycan Məktəbinin səhnəsində Evripidin yazdığı antik yunan faciəsi “Medeya” oynanılıb. Tamaşa 9-cu sinif şagirdləri tərəfindən ingiliscə ifa edilib. Əsas rollarda Amina Hacıyev (Medeya), İlkin Bayramov (Yason),...